Reklam
"Cənnət Kəlbəcərin, nur Kəlbəcərin boranlı, çovğunlu qışı bəsimdi..."- Məhyəddin Məhərrəmoğlu -ŞEİRLƏR
16-09-2020 16:38
"...Məhyəddinin dərdi dərindən-dərin
Yağı topa tutub gözəlliklərin.
Cənnət Kəlbəcərin, nur Kəlbəcərin
Boranlı, çovğunlu qışı bəsimdi..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Məhyəddin Məhərrəmoğlunun şeirlərini oxucuların ixtiyarına verir:
BƏSİMDİ
Qaytar o dağlara məni,İlahi!
Qalıbsa evimin daşı,bəsimdi.
Bütün dərdlərimi unutmaq üçün,
Tək bircə təpənin qaşı,bəsimdi.
Qaytar bulaqların nağıl dilini,
Qaytar,çəmənlərin ipək telini.
Qaytar,vətənimin ağır elini,
Neyləyib tamahkar naşı, bəsimdi.
Vətən dağlarından çəkilsin duman,
Həsrət könüllərdən çıxsın ah-aman.
Elimi yurdunda gördüyüm zaman
Kəsilər gözümün yaşı, bəsimdi.
Məhyəddinin dərdi dərindən-dərin
Yağı topa tutub gözəlliklərin.
Cənnət Kəlbəcərin, nur Kəlbəcərin
Boranlı, çovğunlu qışı bəsimdi.
İSTƏRƏM
Öz qəlbim, öz eşqim,öz ruhum ilə,
Yenidən dünyaya gəlmək isdərəm
Hər yanı gül açan gözəl dünyadan
Doyunca zövq alıb, gülmək istərəm.
Göz açıb görəm ki,birləşib vətən,
Məhəbbət səpilir üzdən,ürəkdən.
Yurdumda baş vermiş hər bir səhvi mən
Çalışıb, kökündən silmək istərəm.
Yurduma bağlıdı yolu eşqimin,
Qəlbimdə arzular çırpınır min-min.
Pərən düşmüş Türk ellərimin,
Sonrakı halını bilmək istərəm.
Xalqım göz açıbdi yuxu pasından,
Qadın naləsindən,körpə səsindən.
Aləmə səs salan Türk dünyasından,
Ələ keçirməyə ilgək isdərəm.
Dünyanın ən iyrənc boz dığaları,
Çirkaba bürüyüb güllü dağları.
Qara milçək kimi qırıb onları-
Bir vətəndaş kimi ölmək isdərəm!
ELİMİN
Yenə xəyal yurd yerimi dolandı,
Yox olubdu hay harayı elimin.
Kol kos basıb çəmənləri-düzləri,
Xarabadı hər sarayı elimin.
Günəş solub o yerlərin gözündə,
Az qalıb ki, elsiz çöllər dil aça.
Zaman yetə,Qanlığölün düzündə,
Mürgüləyən qönçələrim gül aça.
Ey türk oğlu, türk qalası olmusan,
Kükrəyib coş,keçdi zaman keçdi yaş.
Mərd babalar torpaq üçün töküb qan,
Çək tətiyi qoy qurtarsın bu savaş.
VAXTIDI
Yaman kövrelmişem,buludlar kimi,
Dünyanın gözümden düşen vaxtıdı.
Dincliyim çekilib,sebrim tükenib-
Yalanın,fitvanın coşan vaxtıdı.
İller ötüb gedir ömrün qışında,
Ürek nale çekir yetkin yaşında.
Sengerli dağların hele başında
Hesret ezabının daşan vaxtıdı.
Zaman ömrümüzün günlerin biçir,
Xeyalım gezdiyim yerlerden keçir.
Mehyeddin su içmir,derd-keder içir,
Ömrüm qürubundan aşan vaxtıdı
***
Baxıram uzanan qarlı dağlara,
Dərəsi gəl deyir,düzü gəl deyir.
Cüyürlər yol salıb çəmənlər üsdən
Çəhlimi gəl deyir,izi gəl deyir.
Güllü bir xalıdı indi çöl-çəmən,
Darayıb telini lalə, yasəmən.
Qorxmuram nə qannan, nə də ölümnən,
Əsir dağlarımın özü, gəl, deyir!
Gəldikcə dağların sərin küləyi,
Göynədir içimi dərdi,gileyi.
Ağlayır qəlbimdə kamanı, neyi,
Büllur çeşmələrin gözü, gəl deyir.
Məhyəddin, bilmirəm ,nəçiyəm, nəyəm?
İnsanam,torpağam,daşam, küləyəm?!
Hələ də Murovun bu üzündəyəm
Çağırır o biri üzü, gəl deyir!!!
OLMAZ
Beşyüz dəfə "can" söyləsə
Ondan sənə bir can olmaz.
Qız böyüdən zay olubsa,
O,can olar, canan olmaz.
Oğul gəlməz bicdən,yaddan,
Kül törəyir zəif oddan.
Sevgi almayan evladdan
Mükəmməl bir insan olmaz.
Arzulara yetmək üçün,
Qiymətlidir hər gələn gün.
Məhyəddin! Səbi tut üstün,
Hər iş üstə bir qan olmaz!
Məhyəddin Məhərrəmoğlu
Dalidag.az
Yağı topa tutub gözəlliklərin.
Cənnət Kəlbəcərin, nur Kəlbəcərin
Boranlı, çovğunlu qışı bəsimdi..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Məhyəddin Məhərrəmoğlunun şeirlərini oxucuların ixtiyarına verir:
BƏSİMDİ
Qaytar o dağlara məni,İlahi!
Qalıbsa evimin daşı,bəsimdi.
Bütün dərdlərimi unutmaq üçün,
Tək bircə təpənin qaşı,bəsimdi.
Qaytar bulaqların nağıl dilini,
Qaytar,çəmənlərin ipək telini.
Qaytar,vətənimin ağır elini,
Neyləyib tamahkar naşı, bəsimdi.
Vətən dağlarından çəkilsin duman,
Həsrət könüllərdən çıxsın ah-aman.
Elimi yurdunda gördüyüm zaman
Kəsilər gözümün yaşı, bəsimdi.
Məhyəddinin dərdi dərindən-dərin
Yağı topa tutub gözəlliklərin.
Cənnət Kəlbəcərin, nur Kəlbəcərin
Boranlı, çovğunlu qışı bəsimdi.
İSTƏRƏM
Öz qəlbim, öz eşqim,öz ruhum ilə,
Yenidən dünyaya gəlmək isdərəm
Hər yanı gül açan gözəl dünyadan
Doyunca zövq alıb, gülmək istərəm.
Göz açıb görəm ki,birləşib vətən,
Məhəbbət səpilir üzdən,ürəkdən.
Yurdumda baş vermiş hər bir səhvi mən
Çalışıb, kökündən silmək istərəm.
Yurduma bağlıdı yolu eşqimin,
Qəlbimdə arzular çırpınır min-min.
Pərən düşmüş Türk ellərimin,
Sonrakı halını bilmək istərəm.
Xalqım göz açıbdi yuxu pasından,
Qadın naləsindən,körpə səsindən.
Aləmə səs salan Türk dünyasından,
Ələ keçirməyə ilgək isdərəm.
Dünyanın ən iyrənc boz dığaları,
Çirkaba bürüyüb güllü dağları.
Qara milçək kimi qırıb onları-
Bir vətəndaş kimi ölmək isdərəm!
ELİMİN
Yenə xəyal yurd yerimi dolandı,
Yox olubdu hay harayı elimin.
Kol kos basıb çəmənləri-düzləri,
Xarabadı hər sarayı elimin.
Günəş solub o yerlərin gözündə,
Az qalıb ki, elsiz çöllər dil aça.
Zaman yetə,Qanlığölün düzündə,
Mürgüləyən qönçələrim gül aça.
Ey türk oğlu, türk qalası olmusan,
Kükrəyib coş,keçdi zaman keçdi yaş.
Mərd babalar torpaq üçün töküb qan,
Çək tətiyi qoy qurtarsın bu savaş.
VAXTIDI
Yaman kövrelmişem,buludlar kimi,
Dünyanın gözümden düşen vaxtıdı.
Dincliyim çekilib,sebrim tükenib-
Yalanın,fitvanın coşan vaxtıdı.
İller ötüb gedir ömrün qışında,
Ürek nale çekir yetkin yaşında.
Sengerli dağların hele başında
Hesret ezabının daşan vaxtıdı.
Zaman ömrümüzün günlerin biçir,
Xeyalım gezdiyim yerlerden keçir.
Mehyeddin su içmir,derd-keder içir,
Ömrüm qürubundan aşan vaxtıdı
***
Baxıram uzanan qarlı dağlara,
Dərəsi gəl deyir,düzü gəl deyir.
Cüyürlər yol salıb çəmənlər üsdən
Çəhlimi gəl deyir,izi gəl deyir.
Güllü bir xalıdı indi çöl-çəmən,
Darayıb telini lalə, yasəmən.
Qorxmuram nə qannan, nə də ölümnən,
Əsir dağlarımın özü, gəl, deyir!
Gəldikcə dağların sərin küləyi,
Göynədir içimi dərdi,gileyi.
Ağlayır qəlbimdə kamanı, neyi,
Büllur çeşmələrin gözü, gəl deyir.
Məhyəddin, bilmirəm ,nəçiyəm, nəyəm?
İnsanam,torpağam,daşam, küləyəm?!
Hələ də Murovun bu üzündəyəm
Çağırır o biri üzü, gəl deyir!!!
BİR PAYIZ NƏFƏSİ
Çılğın bir küləkdi gənclik əzəldən,
Gəlişi-gedişi sanki bir andı.
Min ilham alırsan gözəlliklərdən,
Deyirsən xoşbəxtəm gözəl zamandı.
Coşub çağlayırsan dəryalar kimi,
Qaçırsan qovursan yüz həvəs ilə
Təbiət oxşayır odlu qəlbini
Ad-san qazanırsan düşürsən dilə.
Ömrün vərəqləri tökülür bir-bir,
Bir payız nəfəsi izləyir səni
Hər il dolandıqca bir qəm gətirir
Acızlık tənhalıq gözləyir səni.
Arabir özünə baxıb görürsən
Saçlar ağappaqdı yaşın çoxalıb
Qəlbində iz salır hərdən duman çən
Körpə uşaqların Oyuncağıtək
Əzilmiş qırılmış əşya olursan
Ömrün son anını dərk edərək
Hər gün salarırsan hər gün solursan
Gələn çox gedən çox dayanmır zaman
Günəş nur çiləyir yer gözəlləşir
Bu fanı dunyada haqq dünyasından
Nə qayıdan olur nə xəbər gəlir.
OLMAZ
Beşyüz dəfə "can" söyləsə
Ondan sənə bir can olmaz.
Qız böyüdən zay olubsa,
O,can olar, canan olmaz.
Oğul gəlməz bicdən,yaddan,
Kül törəyir zəif oddan.
Sevgi almayan evladdan
Mükəmməl bir insan olmaz.
Arzulara yetmək üçün,
Qiymətlidir hər gələn gün.
Məhyəddin! Səbi tut üstün,
Hər iş üstə bir qan olmaz!
Məhyəddin Məhərrəmoğlu
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-09-2020 16:38
Baxış sayı: 3728
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02