Reklam
Qürbət eldən gələn səs- Gülnarə Acalova -ŞEİRLƏR
03-07-2020 18:26
GÜLNARƏ ACALOVA (NAR ÇİÇƏYİ)
Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologia fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaşayır.
Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. O, yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir. Vətənimizlə də xanım yazarı qırılmaz tellər birləşdirir. Həkim oğlu Rəşad Bakıda yaşayır və ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən birində çalışır.
Dalidag.az Gülnarə Acalovanın şeirlərini təqdim edir:
QƏRİBƏ QADIN
(Mənə “Qəribə qadınsan” deyən bir söz adamına)
“Qəribə qadınsan” - dedin,
Tanımadığın qadına.
Bəlkə başqa bir ifadə,
Yaraşır onun adına?
Nə bilirsən nə “yük” çəkir,
Onun zəif çiyinləri?
Allah bilir nə gözləyir,
Bu çiyini əyənləri.
Qəribə dediyin qadın
Pələng, şir güclü anadı.
Sənə zəhmli görünsə də,
İncə qəlbli bir sonadı…
Ununu çöldə ələmə,
Külək ürfasın dağıdar.
Zərif vücud sahibinin
Varlığına dünya sığar.
Çox axtarıb, görəmməyib,
Nə saf duyğu, nə düz ilqar.
Ona qəribəsən - demə,
Hər sözündə həqiqət var.
Dəyirmandan diri çıxıb,
Tanrı qoruyan bir dəndi.
Heç fərqinə vardınmı ki,
Gözündəki qəm nədəndi?
“Qərbə” dediyin qadın,
Oxunmamış bir kitabdı.
Onun könül nəğmələri
Eşiilməmiş xitabdı.
HARALARDASAN…
Yaman darıxmışam, haralardasan?
Gözlərim yoluna dikilib qalıb.
Ey sevgimə sahib çıxmayan insan,
Ömür karvanımın yolu qısalıb.
Məni çox gözlətdin, hardasan, harda
Bəlkə də qalmısan güllü baharda?
Bəlkə də istidə, hayda -harayda,
İtirmisən məni bir ötən yayda?
Payızı da gəldi ömrümün...yoxsan,
Saçlarımı hicran yeli darayır.
Hardasan sevgimin sahibi insan,
Gözüm yenə təkcə səni arayır.
Soylə, harda qaldın, darıxdım yaman,
Sevginin yerini həsrət alıbdı.
Sən hansı fəsildə yatmısan, oyan
Ömrümün qışına azca qalıbdi.
Yaman darıxmışam xəyallarımda,
Yaşadıb sevdiyim bir İnsan üçün.
Dünya möcüzələr xəzinəsidir,
Həyat yollarımız kəsişər bir gün…
ZƏMANƏ
Gör hansı zəmanənin,
Qonağı olmuşuq biz?
Pullunun sözü haqdır,
Kasıbın sözü yersiz.
Ana-bacı qanmayan,
Kişi sayır özünü.
Böyük-kiçik yanında,
Yeridir oz sözünü.
Quş ürəkli insanlar,
Elə bilir pələngdi.
Xalqa meydan oxuyur,
Deyirsən bəs, ərsən fələkdi.
Gör hansı zəmanənin
Qonağı olmuşuq biz?
Hökm sahibi olubdur
Oğru, namərd, şərəfsiz…
ZAMANMI AYIRIR, MƏKANMI BİZİ...
Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı bizi?
Ömür qatar yolu, düzülüb gedir
Aparır özüylə xatirəmizi.
Qəlbimdə ayrılıq tonqalı yanır,
Ümidin kəndiri üzülməkdəd.
Ürəyim yoxluğun özündən danır,
Göz yaşım elə hey süzülməkdədi...
Qismətin payından pay verdim sənə,
Zəhərlə bölüşdüm, bal nədi bilməm.
Zəhəri bal edib qaytardın mənə,
İtməsən acını qəlbimdən silləm
Amma…
Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı bizi?
Sevgi nübarını dada bilməmiş,
Artıq itiririk bir-birimizi.
Nə zaman günahkar, nə də ki, məkan,
Özü öz hökmünü verirsə insan...
GÜZGÜ ÖNÜNDƏ
Güzgünün önündə baxıb əksimə
Mən özüm-özümə sual verirəm.
Hər dəfə nidalı suallarıma
Aciz-aciz baxan gözlər görürəm.
Tamam dəyişmişəm, başqalaşmışam,
Yorğun baxışımda kədər izi var.
Vəfasız həyatın dönüklüyündən
Alnımda iz salıb artıq qırışlar.
Qəlbim də dəyişib baxışım kimi,
Çox kövrək olmuşam, tez-tez doluram.
Bəd nəzər, acı söz qırır qəlbimi,
Üzülmüş çıçəktək vaxtsız soluram ...
Hərdən gənc qız baxır mənə güzgüdən,
Nurundan qamaşır zəif gözlərim.
“Getmə, dayan!” -demək istədiyim an,
Qəhərdə boğulub qalır sözlərim.
Mən o mən deyiləm, başqalaşmışam,
İllərin yükündən əyilib qəddim.
Damcısı özünü əridən şamın
Giley eyləməyə olarmı həddi?
Suallar cavabsız, ürək dolu söz,
Həyat acısının “şirin” dadı var.
Ey güzgüyə baxan, döz, dözdükcə döz,
Geriyə baxmağın de, nə adı var?
GÜNAHDI
Bulağa gölməçə, quyuya dərya,
Mələyə ifritə demə, qünahdı.
Əgər qusmusansa yediyin qaba,
Qayıdıb o qabdan yemə, günahdı.
İxtiyar sahibi sanıb özünü,
Allahla Allahlıq etmə, günahdı.
Axirət qapısı uzaqda deyil,
Gəl, şeytan yolunu getmə, günahdı.
Nə qədər varın da, hökmün də olsa,
Ayağın altını görəsən gərək.
Hər kəsin qisməti qara torpaqdı,
Öləndə kişitək öləsən gərək.
Sayma verdiyini, aldığını say,
Haram tikə yemə, vallah günahdı.
Sənin bir ömürlük “ iblis libası”n,
Yeddi nəslin üçün çəkilən ahdı…
DEMƏ Kİ…
Demə ki, kemişdə qaldı sevgimiz,
Gecəylə gündüztək yadlaşmışıq biz
"Dünyada əbədi varlıq yox"- demə
"Sənin kimiləri çoxdan, çox" demə!
Çalışma sevgini kürüməyə sən
Onsuz da unuda bilməyəcəksən.
Nə vaxtsa yadına mən düşən zaman,
Sən özün-özünü unudacaqsan!..
BU GÜN SƏNİ GÖRDÜM ...
Mən bu gün səni gördüm,
İnanmadım özümə.
Nə qədər uzaq və yad
Göründün sən gözümə.
Kənardan baxdım sənə,
Mənə "yarım" deyənə.
İllərin karvanında,
Dəyişdi nə, itdi nə?
Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Nə yarımsan, nə dostum,
Onda nəyimsən, nəyim?
Vaxt vardı ki, ölərdim,
Qabağında "öl"- desən,
Qurbanın da olardım,
Bir an fikirləşmədən.
Yerin sultanlıq idi,
Sənli dünyamda mənim.
Həyatını məhv etdin,
Səni bunca sevənin.
Artıq inamım ölub,
Sevgiyə, məhəbbətə.
Məhəbbətin qatili,
Gələr axı, lənnətə!
Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Niyə sevgimi çaldın
Deyildisə gərəyin?
Donub buz əllərində,
Yoxsa ölüb, atmısan?
Bəxti pozulmuş qızın,
Günahına batmısan.
Mən keçdim günahından,
Yəqin, Tanrı da keçər
Vicdanın bağışlasa,
Özü-özünü əgər.
Bu dəfə bir qürurla,
Baxdım "qaçan" gözünə,
Sənsə heç uzaqdan da,
Baxammadın üzümə...
Gülnarə Acalova
Dalidag.az
Gülnarə Acalova 1967-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında doğulub. Bolnisi rayon mərkəzində orta məktəbi, Tiflisdə isə A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutun filologia fakültəsini bitirəndən sonra ailə vəziyyəti ilə bağlı Rusiya Federativ Respublikasının Belqorod şəhərində yaşayır.
Gülnarə xanımın "Nar Çiçəyi” imzasıyla həm Azərbaycan, həm də rus dillərində yazdığı şeir və esseləri müxtəlif ölkələrdə, o cümlədən respublikamızda vaxtaşırı işıq üzü görməkdədir. O, yaşadığı şəhərdə Azərbaycan icmasının ən fəal üzvlərindən biridir. Vətənimizlə də xanım yazarı qırılmaz tellər birləşdirir. Həkim oğlu Rəşad Bakıda yaşayır və ixtisası üzrə nüfuzlu tibb müəssisələrindən birində çalışır.
Dalidag.az Gülnarə Acalovanın şeirlərini təqdim edir:
QƏRİBƏ QADIN
(Mənə “Qəribə qadınsan” deyən bir söz adamına)
“Qəribə qadınsan” - dedin,
Tanımadığın qadına.
Bəlkə başqa bir ifadə,
Yaraşır onun adına?
Nə bilirsən nə “yük” çəkir,
Onun zəif çiyinləri?
Allah bilir nə gözləyir,
Bu çiyini əyənləri.
Qəribə dediyin qadın
Pələng, şir güclü anadı.
Sənə zəhmli görünsə də,
İncə qəlbli bir sonadı…
Ununu çöldə ələmə,
Külək ürfasın dağıdar.
Zərif vücud sahibinin
Varlığına dünya sığar.
Çox axtarıb, görəmməyib,
Nə saf duyğu, nə düz ilqar.
Ona qəribəsən - demə,
Hər sözündə həqiqət var.
Dəyirmandan diri çıxıb,
Tanrı qoruyan bir dəndi.
Heç fərqinə vardınmı ki,
Gözündəki qəm nədəndi?
“Qərbə” dediyin qadın,
Oxunmamış bir kitabdı.
Onun könül nəğmələri
Eşiilməmiş xitabdı.
HARALARDASAN…
Yaman darıxmışam, haralardasan?
Gözlərim yoluna dikilib qalıb.
Ey sevgimə sahib çıxmayan insan,
Ömür karvanımın yolu qısalıb.
Məni çox gözlətdin, hardasan, harda
Bəlkə də qalmısan güllü baharda?
Bəlkə də istidə, hayda -harayda,
İtirmisən məni bir ötən yayda?
Payızı da gəldi ömrümün...yoxsan,
Saçlarımı hicran yeli darayır.
Hardasan sevgimin sahibi insan,
Gözüm yenə təkcə səni arayır.
Soylə, harda qaldın, darıxdım yaman,
Sevginin yerini həsrət alıbdı.
Sən hansı fəsildə yatmısan, oyan
Ömrümün qışına azca qalıbdi.
Yaman darıxmışam xəyallarımda,
Yaşadıb sevdiyim bir İnsan üçün.
Dünya möcüzələr xəzinəsidir,
Həyat yollarımız kəsişər bir gün…
ZƏMANƏ
Gör hansı zəmanənin,
Qonağı olmuşuq biz?
Pullunun sözü haqdır,
Kasıbın sözü yersiz.
Ana-bacı qanmayan,
Kişi sayır özünü.
Böyük-kiçik yanında,
Yeridir oz sözünü.
Quş ürəkli insanlar,
Elə bilir pələngdi.
Xalqa meydan oxuyur,
Deyirsən bəs, ərsən fələkdi.
Gör hansı zəmanənin
Qonağı olmuşuq biz?
Hökm sahibi olubdur
Oğru, namərd, şərəfsiz…
ZAMANMI AYIRIR, MƏKANMI BİZİ...
Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı bizi?
Ömür qatar yolu, düzülüb gedir
Aparır özüylə xatirəmizi.
Qəlbimdə ayrılıq tonqalı yanır,
Ümidin kəndiri üzülməkdəd.
Ürəyim yoxluğun özündən danır,
Göz yaşım elə hey süzülməkdədi...
Qismətin payından pay verdim sənə,
Zəhərlə bölüşdüm, bal nədi bilməm.
Zəhəri bal edib qaytardın mənə,
İtməsən acını qəlbimdən silləm
Amma…
Əllərim əlindən üzülüb gedir,
Zamanmı ayırır, məkanmı bizi?
Sevgi nübarını dada bilməmiş,
Artıq itiririk bir-birimizi.
Nə zaman günahkar, nə də ki, məkan,
Özü öz hökmünü verirsə insan...
GÜZGÜ ÖNÜNDƏ
Güzgünün önündə baxıb əksimə
Mən özüm-özümə sual verirəm.
Hər dəfə nidalı suallarıma
Aciz-aciz baxan gözlər görürəm.
Tamam dəyişmişəm, başqalaşmışam,
Yorğun baxışımda kədər izi var.
Vəfasız həyatın dönüklüyündən
Alnımda iz salıb artıq qırışlar.
Qəlbim də dəyişib baxışım kimi,
Çox kövrək olmuşam, tez-tez doluram.
Bəd nəzər, acı söz qırır qəlbimi,
Üzülmüş çıçəktək vaxtsız soluram ...
Hərdən gənc qız baxır mənə güzgüdən,
Nurundan qamaşır zəif gözlərim.
“Getmə, dayan!” -demək istədiyim an,
Qəhərdə boğulub qalır sözlərim.
Mən o mən deyiləm, başqalaşmışam,
İllərin yükündən əyilib qəddim.
Damcısı özünü əridən şamın
Giley eyləməyə olarmı həddi?
Suallar cavabsız, ürək dolu söz,
Həyat acısının “şirin” dadı var.
Ey güzgüyə baxan, döz, dözdükcə döz,
Geriyə baxmağın de, nə adı var?
GÜNAHDI
Bulağa gölməçə, quyuya dərya,
Mələyə ifritə demə, qünahdı.
Əgər qusmusansa yediyin qaba,
Qayıdıb o qabdan yemə, günahdı.
İxtiyar sahibi sanıb özünü,
Allahla Allahlıq etmə, günahdı.
Axirət qapısı uzaqda deyil,
Gəl, şeytan yolunu getmə, günahdı.
Nə qədər varın da, hökmün də olsa,
Ayağın altını görəsən gərək.
Hər kəsin qisməti qara torpaqdı,
Öləndə kişitək öləsən gərək.
Sayma verdiyini, aldığını say,
Haram tikə yemə, vallah günahdı.
Sənin bir ömürlük “ iblis libası”n,
Yeddi nəslin üçün çəkilən ahdı…
DEMƏ Kİ…
Demə ki, kemişdə qaldı sevgimiz,
Gecəylə gündüztək yadlaşmışıq biz
"Dünyada əbədi varlıq yox"- demə
"Sənin kimiləri çoxdan, çox" demə!
Çalışma sevgini kürüməyə sən
Onsuz da unuda bilməyəcəksən.
Nə vaxtsa yadına mən düşən zaman,
Sən özün-özünü unudacaqsan!..
BU GÜN SƏNİ GÖRDÜM ...
Mən bu gün səni gördüm,
İnanmadım özümə.
Nə qədər uzaq və yad
Göründün sən gözümə.
Kənardan baxdım sənə,
Mənə "yarım" deyənə.
İllərin karvanında,
Dəyişdi nə, itdi nə?
Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Nə yarımsan, nə dostum,
Onda nəyimsən, nəyim?
Vaxt vardı ki, ölərdim,
Qabağında "öl"- desən,
Qurbanın da olardım,
Bir an fikirləşmədən.
Yerin sultanlıq idi,
Sənli dünyamda mənim.
Həyatını məhv etdin,
Səni bunca sevənin.
Artıq inamım ölub,
Sevgiyə, məhəbbətə.
Məhəbbətin qatili,
Gələr axı, lənnətə!
Mən bu gün səni gördüm,
Çırpınmadı ürəyim.
Niyə sevgimi çaldın
Deyildisə gərəyin?
Donub buz əllərində,
Yoxsa ölüb, atmısan?
Bəxti pozulmuş qızın,
Günahına batmısan.
Mən keçdim günahından,
Yəqin, Tanrı da keçər
Vicdanın bağışlasa,
Özü-özünü əgər.
Bu dəfə bir qürurla,
Baxdım "qaçan" gözünə,
Sənsə heç uzaqdan da,
Baxammadın üzümə...
Gülnarə Acalova
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-07-2020 18:26
Baxış sayı: 31 000
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02