Reklam
Nurlana İlhamın Mopassan sevgisi...
03-07-2020 17:09
Mopassanın romanları, povestləri olsa da, Mopassan bütün dünyada hekayə və novella janrının ustası hesab olunur.Onun yaradıcılığından ilk oxuduğum hekayə “Gombul” oldu. Sonra “Eybəcərlər anası”, “Həsirçi qadın”, “Boyunbağı”, “Ehtiras”, “Şkaf”, “İntizar”, “Ay işığı”, “Daş-qaş”, “Dəli”, “Simonun atası”, “Bir yaz axşamında” və başqa hekayələri səhifələri çevirdikcə bir-birinin ardınca düzülürdü... Daha sonralar “Həyat” və “Əziz dost” romanları da Mopassan qələmi haqqında mənə çox şeylər öyrətdi.
Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur.Gi de Mopassanın demək olar ki, bütün əsərləri yalnız bir mövzuya - ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr olunub. Mopassanın əsərlərinin qəhrəmanları həyatda gerçək,əsl sevgi axtarır və bəzən ağıllarını itirəcək dərəcədə güclü sevgi qarşısında aciz qalmaqdan qorxmurlar.
Diqqətimi çəkən və heç zaman unutmayacağım hekayə “Həsirçi qadın” hekayəsidir. Hekayənin əsas ideyası elə ilk cümlələrdən aydındır: "Insan bir, yoxsa bir neçə dəfə sevə bilər?" Bu hekayədə sevgiyə aid bir neçə fikir səslənir. Məsələn,"Bir dəfə dadan əbədi köləsinə çevrilir. Bu, ehtiras məsələsidir”.
Hekayənin sonrakı inkişafında isə on bir yaşından başlamış əlli beş il boyunca,yəni ölənə kimi bir qadının bir kişiyə qarşı,qarşılıqsız sevgisindən söhbət açılır.Yəni, əbədi sevmək də mümkündür.
Bu hekayədə təsvir olunan hadisə bir az da Mopassanın öz həyatını xatırladır. Həyatını müxtəlif qadınlarla eşq macəraları yaşayan yazıçının ömründə heç zaman unutmadığı bir qadını olur. Ermina adlı evli qadını sevən Mopassan uzun illər bu sevgisinə sadiq qalmış, qovuşmadığı məhəbbətin ürəyinin ən dərin qatlarında qoruyub saxlamağı bacarmışdı. “Çox az adama məlumdur ki, Mopassan bir çox povest və hekayələrində qovuşmadığı Erminanın obrazını yaradıb. Onların münasibətləri yazıçının “Bizim ürəyimiz”də romanı xüsusilə faciəvi notlarla təsvir olunub”.
Biri var əsəri yazmaq, biri də var yaratmaq... Mənə görə, Mopassan əsər yaradandır. Mənim üçün Mopassan romantik çalarlar fonunda həyatı realistcəsinə qələmə almağı bacaran yazıçıdır. Beş avqust haqqında yazdığım bu dahi yazıçının doğum günüdür. 1850-ci ilin bu günündə dünyaya qədəm qoyan, cəmi 43 il yaşayan Mopassan artıq iki əsrə yaxın zamandır ki, oxucularının qəlbində yaşayır. Hələ bundan sonra da uzun illər yaşıyacağını qətiyyətlə deyə bilərəm. Doğum günün mübarək dahi yazar!
Nurlana İlham
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-07-2020 17:09
Baxış sayı: 31 617Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















