Reklam
Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsinin qalibləri bəlli oldu
12-06-2020 19:20
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib.Dalidag.az xəbər verir ki, müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.
Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.
Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:
I yer
Natiq Məmmədli “Taclı mələklər”
II yer
Sevinc Elsevər “A quşlarım, getməyin...”
III yer
Cavi Dan “Ev”
Xüsusi mükafat üzrə
Reyhan Yusifqızı “Həkimin gündəliyi”
Əkbər Qoşalı “İradə, mən ölürəm...”
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-06-2020 19:20
Baxış sayı: 3600Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















