
Eşqin Məmmədov:"Həqiqəti saxlayırıq, quş əvəzi qəfəslərdə..." -ŞEİRLƏR
"...Çətin sevinc tapar ömrüm,
Bəsdi, nolar qurtar ömrüm...
Gizlin - gizlin bahar ömrüm,
Qərib qışlarda ağlarmış..."
***
Əzrail da, bekar qalıb,
Day qocalıb, yad itirir.
Saat da, əqərəblərində,
Dərd aparıb, dərd gətirir.
Acı- acı şirinliklər,
Zil ucuna bəm calayır.
Ulu karvan cığırları,
Ah ağlayır, zar ağlayır.
Axtarma o xoşbəxtliyi,
Dünyanın heç harasında.
Gəzir bədbəxt kişilərtək,
Bir qadının arxasınca.
İblislərə əl uzadır,
Mələk olan o kəslər də.
Day həqiqət saxlayırıq,
Quş əvəzi qəfəslərdə.
İstilər də soyuqlayıb,
Sanki bizim tərəflərdə.
"Hörməti" düz etməsən,
Düz düzülmür həriflər də.
AĞLAYAN GÖZ YAŞI
Bir gün mənə könlüm dedi :
-Tərk edilmiş hər bir sevgi ,
Əzab çəkən insan kimi ,
Baxışlarda ağlayarmış.
Day döyülmüş bir sətirəm.
Məndə tapır hər itirən .
Kədər əkib , dərd bitirən...
Qarğışlar da ağlayarmış.
Çətin sevinc tapar ömrüm .
Bəsdi , nolar qutar ömrüm...
Gizlin -gizlin bahar ömrüm ,
Qərib qışlarda ağlarmış.
Ünvanları səhv salırlar ,
Yad ürəkdə yer alanlar.
Deyir ancaq vəfalılar ...
Gözdən dışlarda ağlarmış.
Doğulmadım , necə ölüm ?
Ömrüm film , bircə bölüm.
Nə biləydim şair könlüm ?
Ağlayarmış , Ağlayarmış !!!
Eşqin Məmmədov
Dalidag.az



