Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib. Dalidag.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Allah rəhmət eləsin!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb. Dalidag.az xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır. Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də "Vahid

Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib. Dalidag.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Əhməd İsayev 1940-cı il avqustun 30-da Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb Qeyd edək ki, o, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika

Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası səslənən iddialarla bağlı açıqlama yayıb. MEDİA-dan verilən məlumata görə, açıqlamada bildirilir: “Media haqqında” Qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunmuş və ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınıb. Hazırda qanun layihəsi ilə

Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar. Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Ökədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb. Dalidag.az-ın report-a istinadən xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər. O qeyd edib ki, daha sonra erməni

Ümid Partiyası Namiq Dəlidağlını təbrik etdi Manevr.az saytının baş redaktoru, tanınmış jurnalist, şair Namiq Dəlidağlını 50 yaşı tamam olur. Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti Namiq Dəlidağlını yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, media fəaliyyətində və yaradıcılığında uğurlar diləyir. Ümid Partiyasının Mətbuat Xidməti

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. Dalidag.az-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin tarixi və səfərdə iştirak edən jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəbi açıqlanıb. Dalidag.az xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, səfər müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə bununla bağlı məlumatlar əvvəlcədən açıqlanmayıb. "Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Biz
Yazı axını