Reklam
"Manevr.az" 8 yaşında - YALNIZ İRƏLİ!
01-08-2024 11:08
Biz də illər əvvəl, daha dəqiq, 2016-cı ilin avqust ayının 1-də "Manevr.az" olaraq, çətin və məsuliyyətli işə başladıq. Həm də heç bir maddi kömək olmadan və az tərkibli kollektivlə. Çalışdıq, əmək sərf etdik, əziyyətlərə qatlaşdıq. Təbii ki, məqsədimiz öz yolumuzla irəliləmək, operativliyi qorumaq, doğru xəbər çatdırmaq, dürüst və ədalətli olmaq naminə oxucu məmnunluğu qazanmaq idi. Artıq 8 yaşındayıq. Bu 8 ildə yolumuza daş qoyanlar da oldu, haqsızlığa da uğradıq. Amma sözümüzü tərk etmədik. Əksinə, daha da gücləndik. Uğurlar da qazandıq. Təkcə xəbərlə kifayətləmədik. Cəmiyyətdə baş verən neqativ halları ictimailəşdirməklə, bəzi problemlərin aradan qalxmasına nail olduq.
Ünvanımıza gələn müxtəlif problemlərin qabardıldığı çoxsaylı şikayət məktublarını araşdıraraq, yayınlamaqla özbaşınalıqlarara qarşı sərt mövqeyimizi bildirməkdən çəkinmədik. Ölkəmizdə, eləcə də dünyada baş verən hadisə və olaylardan xəbərdar oldu oxucular sayəmizdə. İşimiz bununla bitmədi. Müxtəlif mövzulu publisistik yazılara, məqalə və mətnlərə də yer verdik səhifəmizdə. Müəllif- oxucu ünsiyyətinin təminatçısı olduq. İlk yaradıcı addımlarını atan gənc yazarlara "yaşıl işıq" yandırdıq. Özlərini ifadə etmək, imzalarını tanıtmaq üçün şərait yaratdıq.
İnanırıq ki, bu 8 ildə bizimlə əməkdaşlıq edən müəlliflər, həmçinin oxucular işimizdən məmnundurlar. Saytların çoxluq təşkil etdiyi mətbu aləmdə 8 il "ömür yaşamaq", üstəlik tanınmaq, hədəfə doğru irəliləmək səbr, dözüm və məsuliyyət tələb edir. Məsuliyyətli olduq ki, çətinliklərə rəğmən işimizin öhdəsindən gələ bildik. Tanındıq, adımız, işimiz göründü. 8 il rəqəm kimi elə də böyük görünməyə bilər. Hələ uşaq yaşı da deyə bilərik. Amma bu 8 ilə sığdırdıqlarımıza baxanda böyük bir yol keçdiyimizin fərqində olmamaq mümkün deyil.
Heç bir maddi dəstək olmadan bu çətin zamanın "damarını titmaq" asan deyil. Bizim sözə, özümüzə andımız var. "Heç bir çətinliyə yenilmək yox, yalnız irəli!" devizi ilə hədəfə çatmağa qərarlıyıq.
8 yaşın mübarək, "Manevr.az"! Ömrün uzun, yolun açıq, uğurların bol olsun! Başda Manevr.az-ın qurucusu Namiq Dəlidağlı olmaqla, kollektivimizə və əməkdaşlarımıza bundan sonrakı illərdə də bərabər addımlamağımızı arzulayıram.
Sevinc Qərib,
AYB və AJB üzvü
Manevr.az
"Dalidağ.az" olaraq "Manevr.az"- çıları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik!
Kateqoriya: Manşet / Media
Tarix: 01-08-2024 11:08
Baxış sayı: 3580Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















