Reklam
Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tədbir keçirib -ŞƏKİLLƏR
06-03-2020 16:47
Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Tovuz rayonunda inşa olunan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində açılışdan sonra ilk tədbirini keçirdi.Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Prezident cənab İlham Əliyevin Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də açılışında iştirak etdiyi Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində ilk tədbirini keçirdi.
Muzeyin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bölgəmizdə inşa olunan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin dövlətin aşıq sənətinə, milli mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu, bu muzeyin dünyada analoqu olmadığını qeyd etdi. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə idarə rəisi muzeyin gələcək fəaliyyəti, kadr məsələləri və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verdi.
Sonra tədbir iştirakçıları muzeyə ekskursiya edərək aşıq sənətini təcəssüm etdirən otaqlar və eksponatlarla tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi
Dalidag.az










Kateqoriya: Mədəniyyət
Tarix: 06-03-2020 16:47
Baxış sayı: 31 407Yazı axını
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
Ən çox oxunanlar





























