Reklam
Mirzə Cəlil haqqında filmin premyerası olub
02-03-2020 21:20

Fevralın 28-də Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.
Dalidag.az xəbər verir ki, tədbirdə filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb.
Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.
Diqqətə çatdırılıb ki, ekran əsərinin növbəti təqdimatı martın 3-də Gürcüstanda olacaq.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, filmin prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmovdur.
Dalidag.az







Kateqoriya: Mədəniyyət
Tarix: 02-03-2020 21:20
Baxış sayı: 4641Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























