Reklam

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb- ŞƏKİLLƏR
22-02-2020 11:20

Dalidag.az xəbər verir ki, Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndənin sənət dostları və yaxınları iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından söz açılıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunub.
Rübabə Muradovanın yaradıcılıq bioqrafiyasında Opera və Balet Teatrının xüsusi yer tutduğunu qeyd edən çıxışçılar müğənni ilə bağlı xatirələrini bölüşüblər.
Vurğulanıb ki, Rübabə Muradova Azərbaycan muğam operalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb. Qeyd olunub ki, teatrda işləməklə yanaşı, o, geniş konsert fəaliyyəti ilə də məşğul olub, Azərbaycan muğamlarını, xalq mahnılarını, bəstəkarların əsərlərini istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda uğurla təbliğ edib.
Anasının xatirəsinə göstərilən ehtirama görə sənətkarın qızı Tahirə Muradova tədbirin iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səsləndirilib, tanınmış xanəndələrin repertuarında onun vaxtı ilə ifa etdiyi mahnılara müraciət olunub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları”, “Dastan gecələri”, “Aşıq musiqisi”, “Etnik musiqi inciləri” kimi layihələrini davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri-maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasıdır.
Dalidag.az







Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
