Reklam
Xalq artisti Rübabə Muradovanın xatirəsi anılacaq
20-02-2020 21:45
Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi davam edir.
Dalidag.az xəbər verir ki, layihə çərçivəsində fevralın 21-də Xalq artisti, unudulmaz xanəndə Rübabə Muradovanın xatirəsi anılacaq.Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə büstü ucaldılan 30 muğam korifeyinin yaradıcılığına həsr edilən layihənin silsilə buraxılışları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Rübabə Muradovanın büstü də Heydər Əliyev Fondu tərəfindən ucaldılan 30 büst sırasındadır.
Qeyd edək ki, Rübabə Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə teatrın səhnəsində Leyli, Əsli, Xanəndə qız (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” operaları), Ərəbzəngi (Müslüm Maqomayevin “Şah İsmayıl” operası), Şahsənəm (Zülfü Hacıbəylinin “Aşıq Qərib" operası), Sənəm (Şəfiqə Axundovanın “Gəlin qayası” operası) kimi yaddaqalan obrazlar yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 20-02-2020 21:45
Baxış sayı: 3704Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























