Reklam

Ağstafada "Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur" mövzusunda konfrans keçirildi -ŞƏKİLLƏR
19-02-2020 11:01

Mədəniyyət işçilərinin iştirakı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, bu gün siyasi gündəmin əsas müzakirəsi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirədir.

“Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”
Natiq həmçinin vurğuladı ki, ən maraqlı faktlardan biri də odur ki, Paşinyan debat zamanı özünü itirdi. Onun "Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun" cümləsindən sonra "Üzr istəyirəm, Ermənistan" deməsini media sarkazmla qarşıladı.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri vasitəsi ilə bir daha dünyaya bəyan edildi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq.
Tədbirdə idarənin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, mətbuat katibi Xəyal Nağıyev, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa rayon Heydər əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyev Münhendə yalnız Paşinyan üzərində qələbə qazanmadı, eyni zamanda dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı İlham Əliyevi və onun siyasətini dəstəkləyir, ölkədə Qarabağla bağlı Prezidentin prinsipial mövqeyinə siyasi mənsubiyyətindən asılı olmayaraq birmənalı dəstək və həmrəylik var.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi
Dalidag.az





Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
