Reklam
Azərbaycan filmləri dördüncü Şarm əl-Şeyx Film Festivalında nümayiş olunacaq
18-02-2020 14:44
İyunun 20-dən 26-dək Misir Ərəb Respublikasının Mədəniyyət naziri və Cənubi Sinay Qubernatorunun himayəsi ilə dördüncü Şarm əl-Şeyx Film Festivalı keçiriləcək. Festivalda Azərbaycan filmləri də nümayiş olunacaq.Dalidag.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun “Nabat ” və rejissor Zamin Məmmədovun “Səs” filmləridir. Bununla bağlı səfirlik Azərbaycanın Mədəniyyət Nazirliyi ilə razılığa gəlib.
Diplomat bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm əl-Şeyx Film Festivalında Azərbaycan tərəfinin rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə iştirak etdiyini xatırladaraq, bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğulayıb.
Səfir, həmçinin Azərbaycanın tanınmış müğənnilərindən olan Dilarə Kazımovanın öz ansamblı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən festivalın fəxri qonağı olduğunu və festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırıb.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 18-02-2020 14:44
Baxış sayı: 3697Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























