Reklam
Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlandı
12-08-2024 19:43

Dalidag.az xəbər verir ki, tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunması, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 m şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub.
Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 12-08-2024 19:43
Baxış sayı: 3299Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
Ən çox oxunanlar




























