Reklam
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb - ŞƏKİLLƏR -ŞƏKİLLƏR
31-05-2024 20:49
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə təqdim etdiyi XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el havaları və dastanların mahir ifaçısı, əməkdar incəsənət xadimi, Şərəf ordenli əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb.
Dalidag.az xəbər verir ki, tədbiri açıq elan edən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov tədbir haqqında ətraflı məlumat verərək bildirdi ki, “musiqi kimliyimiz” layihəsi çərçivəsində ustad sənətkar Dədə Şəmşirə həsr olunmuş tədbir üç gün davam edib. Tədbirin birinci günü gənç aşıqların konserti keçirilib, ikinci günü isə aşıq Elburus və Aşıq Şöhrət Dədə Şəmşirin Qarabağ səfəri dastanını iştirakçılara söyləmişlər.
Bu gün isə aşıqların ifasında geniş konsert proqramı təqdim edilib. Layihənin sonuncu günü keçirilən gecədə iştirak edən Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ikinci dəfə keçirilən layihəni yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq qeyd edib ki, 1993-cü ilin iyun ayını Azərbaycan tarixinin dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətindən, məhvolma təhlükəsindən qurtardı. Milləti fəlakət girdabından qurtaran Heydər Əliyev öz müdrikliyi, dərin düşüncəsi, bacarığı və uzaqgörən siyasəti ilə Azərbaycanı dünyada tanıtdı, ölkəmizi beynəlxalq aləmdə mövqeyi və yeri olan bir dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev özündən sonra vətən və xalq üçün möhtərəm prezidentimiz İlham Əliyev kimi siyasi varis və lider yetişdirdi. Çünki vaxtilə Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, o, İlham Əliyevə inanır. İnanır ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və işğal altında olan bütün torpaqlar azad olunacaq. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş miqiyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Cavid qurbanov həmçinin qeyd edib ki, Birinci vitse prezident Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir. Məhz onun təşəbbüsü ilə bizim milli sərvətimiz olan muğam və aşıq sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”.
Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlı Dədə Şəmşirin yaradıçılığı haqqında ətraflı məlumat verdi qeyd etdi ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin klassik ifa tərzi, bənzərsiz səs tembri ona böyük şöhrət gətirdi. Aşıq şəmşir şair, bəstəkar, ifaçı idi. O, saz havasını sözə, sözü də havaya kökləyir, şeirin heç kimin görmədiyi, ruhu dilləndirən yeni mənalarını aşılayırdı. Aşıq Şəmşir həm də dərin istedada malik dastan söyləyən olmuşdur. Aşıq Şəmşir saz-söz sənətinə göstərdiyi xidmətlərə görə Azərbaycanın “Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı qərara əsasən, Aşıq Şəmşirin 80 illik yubileyi geniş qeyd olunmuş və ustad aşıq "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1980-ci ildə isə daha bir qərara əsasən, Kəlbəcərin Mədəniyyət evinə Aşıq Şəmşirin adı verilmişdir. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən, şair Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Göygöl rayonundakı 7 illik Uşaq Musiqi məktəbinə, küçələrdən birinə Aşıq Şəmşirin adı verilmiş, həmçinin büstü ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il tarixli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illiyi geniş qeyd edilmişdir. Uzun illərdir Mədəniyyət Nazirliyi tərəfindən uğurla həyata keçirilən gənc aşıqların Aşıq Şəmşir adına respublika saz-söz müsabiqəsi və saz-söz festivalları sayəsində gənc istedadlar üzə çıxarılmışdır.
Konsert proqramında Əməkdar mədəniyyət işçiləri Fətullah Əliyev, Əhliman Allahverdiyev, İlqar Əhmədov, Ədalət Dəlidağlı, İbadət Allahverdiyev, o cümlədən Şöhrət Kərimov, Elbrus Hüseynov, Əfqan Məmmədov və başqaları şeirləri ilə çıxış ediblər.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 31-05-2024 20:49
Baxış sayı: 3237
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02