Reklam
Özbəkistan portalında Xalq artisti Leyla Bədirbəyli haqqında yazı dərc edilib
14-01-2020 10:52
Özbəkistanın kultura.uz portalında Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazı dərc olunub.Dalidag.az xəbər verir ki, görkəmli aktrisanın 100 illiyi ilə bağlı verilən məqalədə onun uşaqlıq və gənclik illəri haqqında söhbət açılır, əvvəllər rəqs dərnəyində çalışdığı bildirilir.
Qeyd olunur ki, Leyla Bədirbəyli iki filmdə epizodik rolda oynadıqdan sonra 1940-cı illərin əvvəllərində kinorejissor Hüseyn Seyidzadə onu “Ayna” filmində baş rola çəkir. Filmdə Leyla Bədirbəyli tanınmış aktyorlar-Ələskər Ələkbərov, Mövsüm Sənani, İsmayıl Əfəndiyevlə birlikdə oynayır. Sonra “Səbuhi” filminə dəvət alır. 1945-ci ildə lentə alınan “Arşın mal alan” filmi isə yaradıcı kollektivə, o cümlədən Gülçöhrə rolunun ifaçısı Leyla Bədirbəyliyə böyük uğur gətirir. Bu film həm keçmiş SSRİ-də, həm də dünyanın 50-dən artıq ölkəsində göstərilir və müvəffəqiyyət qazanır.
Məqalədə bildirilir ki, ümumiyyətlə Leyla Bədirbəyli 50-dən artıq filmdə yaddaqalan obrazlar yaradıb.
Materialda vurğulanır ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 14-01-2020 10:52
Baxış sayı: 3811Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























