Reklam

Merilin Monro intihar edib, yoxsa öldürülüb? — Məxfi sənədlər açılır…
11-01-2020 14:42
Dalidag.az xəbər verir ki, 2039-cu ilədək möhürlənmiş sirli sənədlər qutusu Monronun psixiatrı tərəfindən öldürüldüyünü sübut edə bilər.
Sənədlərin onun meyitini tapan və aktrisanın 1962-ci ildə ölümünə səbəb olan yüksək dozalı psixatrop həblərin istifadəsini ona tövsiyə edən həkim Ralf Qrinsona aid olduğu bildirilir.
Müstəntiq Beki Oldric, Kaliforniya Universitetinin kitabxanasında sirli bir qutu tapıb. Qutuda aktrisa haqqında bir çox sənədin olduğu bildirilir.
Oldric həkim Qrinsonun Monronun Kennedi qardaşları ilə olan sevgi münasibətlərini açıqlayacağını bildirdikdən sonra aktrisanı susdurmaq üçün öldürdüyünü iddia edir.
"Mən həmişə Merilin Monronun öldürüldüyünə inanmışam. Bütün hekayələrə, kitablara, ifadələrə və hətta sübutlara baxsanız, Merilin Monronun öldürüldüyünü görərsiniz”,- deyə o, əminliklə bildirib.
Xəfiyyə aktrisanın ölümünü qətl kimi araşdırmaq üçün baş prokurora ərizə yazıb. O, ərizədə ölümü zamanı Monronun yanında olan iki nəfərdən ifadə alınmasını xahiş edib. Bu çavuş Marvin Yannon və Monronun dostu Patrik Nyukompdur.
Oldric bildirib ki, Nyukomp Monronun cənazəsindən sonra ölkəni tərk edərək 6 ay Avropaya səyahətə gedib.
Qeyd edək ki, Merilin Monro 1962-ci ildə malikanəsində ölü tapılıb. Onun ölüm səbəbi kimi həddindən artıq dozada dərman qəbul etməsi göstərilib. Aktrisa ömrünün sonunda depresiyadan əziyyət çəkirdi.ölkə.az
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
