Reklam
Qafqazla Misir arasındakı əfsanəvi ölkədən gələn qadın – “Tanrıların qızı”
03-01-2022 11:10
Nefertiti eramızdan əvvəl 1353-1336-cı illərdə hökmranlıq etmiş Misir fironu Exnatonun arvadı idi. “Nil hökmdarı və “Tanrıların qızı” adlandırılan Nefertiti bunun sayəsində misli görülməmiş güc əldə etmişdi, fironla bərabər statusa sahib olmuşdu. Bununla belə, Exnatonun hakimiyyətinin on ikinci ilindən sonra adı tarix səhifələrindən silinən Nefertiti ilə bağlı bir çox mübahisə bu gün də davam edir.
Nefertiti bütün Misirdə gözəlliyi ilə tanınmışdı. Onun uzun, qu quşuna bənzər boynu ilə öyündüyü və qalena bitkisindən istifadə edərək öz makiyajını hazırladığı deyilir. Nefertitinin adı onun boynuna taxdığı “nefer” adlanan qızıl muncuq növü ilə eynidir. Tarixdə çoxdan unudulmuş Nefertiti 1912-ci ildə Amarna xarabalığında bu gün də Berlinin Altes Muzeyində saxlanılan büstü aşkar edildikdə yenidən məşhurlaşdı.
Nefertitinin valideynlərinin kimliyi dəqiq bilinmir, amma Moutnemendjet adlı kiçik bacısının olduğu məlumdur. Başqa bir iddiaya görə, Nefertiti və Mitanni şahzadəsi Taduxepa eyni şəxsdir.
Nefertiti təxminən e.ə. 1357-ci ildə Exnatonla evlənib. Bu, fironun birinci xanımı olan Nefertitinin Misir kraliçası olması deməkdi. Nefertitinin ikitəkərli arabada fironun dizi üstündə oturub onunla hamının gözü qarşısında öpüşməsinin təsvirləri var.
Firon Exnatonun əfsanəvi məhəbbəti Amarnadakı heroqliflərdə aydın görünür. O, hətta Nefertitiyə sevgi şeiri də yazıb:
Və varis…
Saraydakı möhtəşəmlik,
Pəri üzlü,
Qoşa lələklərlə bəzənmiş,
Xoşbəxtlikdən gələn qadın.
Xeyirxahlıqla bəxş edilmiş,
Səsi fironu sevindirən,
Fironun birinci arvadı,
Sevgilisi,
İki ölkənin xanımı,
Neferneferuaten-Nefertiti, yaşasın əbədi…
Firon və arvadının altı qızı vardı, onlardan ikisi Misir kraliçası idi: Meritaten (atasının arvadı olduğu inanılan), Meketaten, Anxesenpaaten / Anxesenamen (Tutanhamonun arvadı), Neferneferuaten Taşerit, Neferneferure və Setepenre.
Yeni din
Exnatonun hakimiyyətinin dördüncü ilində günəş tanrısı Aten hakim milli tanrıya çevrildi. Firon köhnə məbədləri bağlayan və Atenin mərkəzi rolunu dəstəkləyən dini inqilaba rəhbərlik etdi. Köhnə dində mühüm rol oynayan Nefertiti yeni dində də önəmli yer tutdu. O, əri ilə yanaşı ibadət edir və Aten rahibəsi mövqeyini tuturdu. Bu yeni, demək olar ki, monoteist dində Atenin xeyir-dua verdiyi firon və arvadı yeni tanrı ilə birləşərək “güclü üçbucaq” yaratdı.
Bununla da “Atenin işığı”nı bütün Misirə saldılar. Exnatonun hakimiyyəti dövründə Nefertiti misli görülməmiş güc əldə etdi. Onun hakimiyyətinin on ikinci ilinə qədər fironla eyni statusa malik olduğunu göstərən çox sayda sübut var. Fironun səltənətindəki önəmini göstərmək üçün böyük məbədlərin divarlarında təsvir edilib və bu təsvirlərdə onun Atenə sitayiş etməsi göstərilir.
Nefertitinin yoxa çıxması
Exnatonun hakimiyyətinin on ikinci ilindən sonra artıq Nefertiti xatırlanmırdı. Bəziləri onun ya ölkədə tüğyan edən vəbadan öldüyünü və ya gözdən düşdüyünü düşünürdü, amma son nəzəriyyələr bu iddiaları təkzib etdi. Nefertiti tarixi qeydlərdən itdikdən qısa müddət sonra Exnaton Misir taxtını bölüşdüyü bir regent təyin etdi. Bu hadisə həmin şəxsin kimliyi ilə bağlı xeyli spekulyasiyaya səbəb olub. Bir nəzəriyyədə onun Sobkneferu və Hatşepsut adlı digər qadın liderlər kimi, yeni qadın kraliça libasına bürünmüş Nefertitin özü olduğu bildirilir. Başqa bir nəzəriyyə isə fironun oğlu Smenxskver və Nefertitinin Neferneferuaten adı altında iki şərikli regent olduğu fikrini irəli sürür
Bəzi tədqiqatçılar Nefertitinin Exnatonun ölümü zamanı və ya ondan sonra regent rolunu öz üzərinə götürdüyünə inanırlar. Oksford Universitetinin tədqiqatçısı Yakob van Dayk hesab edir ki, Nefertiti həqiqətən regent olub və fironun birinci arvadı rolu Exnatonun böyük qızı və uşaqlarının anası olan Meryetaten tərəfindən təhvil alınıb. Həmçinin Nefertitinin Exnatonun sarkofaqını bəzəyən dörd rəsm əsəri onun ölümünə qədər firon üçün önəmli şəxs olduğunu göstərir və onun nüfuzdan düşdüyü fikrinin üstündən xətt çəkir.
Digər tərəfdən, “Exnaton: Misir fironu” kitabının müəllifi Kiril Aldred iddia edir ki, Exnatonun məzarında tapılan uşabti (cənazə heykəli) Nefertitinin şərikli regent yox, hökmranlıq edən firon olduğunu və Exnatonun hakimiyyətinin on dördüncü ilində vəfat etdiyini bildirir.
Bəzi nəzəriyyələr Nefertitinin Exnatonun hakimiyyətindən sonra da sağ olduğunu və yeniyetməlik illərində evlənən gənc firon ailələri üzərində nüfuzunun olduğunu iddia edir. Nefertiti qızı Anxesenpaatenlə ögey oğlu və ya kürəkəni Tutanhmonun xələfliyinə hazırlaşmalı idi. Firon səltənətinin yeni cütlüyü gənc və təcrübəsizdi. Bu nəzəriyyəyə görə, Nefertitinin həyatı Tutanhatenin hakimiyyətinin üçüncü ilində başa çatacaq. Həmin il Tutanxaten adını Tutanhamon olaraq dəyişdirdi və Amona rəsmi ibadətə qayıtmasının sübutu olaraq paytaxt Fivə dönmək üçün Amarnanı tərk etdi.
Nefertitinin gözəlliyi
Qədim Misirin tarixinə dair bütün kitablarda onun əfsanəvi gözəlliyindən bəhs olunur. Adının mənası “gözəl olan”, “gözəl gəldi” və ya “gözəllikdən gələn” deməkdir. Bəzi mənbələrdə Nefertitinin əsl adının Taduxepa olduğu və onun məşhur gözəlliyinə görə “Nefertiti” adlandırıldığı bildirilir.
Fironların üç nəsildir dost ölkələrlə yaxşı münasibətləri saxlamaq üçün şahzadələrini almaq ənənəsi XVIII sülalənin dövründə də davam etmişdi. Mesopotamiya ilə Qafqaz arasında yerləşən Mitanni bu dost ölkələrdən biri idi. Mitanni hökmdarının gözəl bir qızı vardı. O, əlləri şəfa verən fərqli bir qızdı. Exnatonun atası, firon III Amonhotep xəstəydi və Mitanni kralı gözəl qızı Taduxepanı müalicə üçün Misirə göndərdi. Taduxepa 15 yaşında fironu bütün bəlalardan xilas etmək üçün tanrıça İştarın heykəlciyini də götürərək Misirə gəlir. O zaman ona Qədim Misir dilində “gözəl gəldi” anlamına gələn “Nefertiti” adlandırdılar və adı tarixə belə düşdü. Amma onunla bağlı dəqiq olan fakt budur ki, Exnatonla evlənib, firon üzərində böyük nüfuza malik olub və iddiaya görə, ondan sonra da hökmranlıq edib.
Nefertitini bu qədər məşhur edən onun böyük siyasi gücü ilə yanaşı, həm də gözəlliyi idi.
Mişel Moran “Nefertiti – Misir kraliçası: Əbədi qız” kitabında onun gözəlliyini belə təsvir edir:
“Nefertiti saçları qara, gözləri tünddü, zərif və qara-buğdayı bədəni vardı. Yanaq sümükləri ovucda tutula biləcək qədər qabarıqdı. O qədər gözəl idi ki, hətta fironun digər arvadları belə gözlərini ondan çəkə bilmirdilər. Yaxşı təhsil almışdı, kifayət qədər bilgiliydi. Mitanni hökmdarının qızı idi. O, dövlət adamlarının həm qorxu, həm də paxıllıq hiss etdiyi qadındı. İnsanları valeh edən, ovsunlaya bilmədiklərinə də ağlıyla asanlıqla qalib gələn insandı. Məqsədi xalqın lideri olmaq, ölməz olmaq, tarixə düşmək idi. Əbədiyyətin izinə düşmdüşdü. Onun qüsursuz gülüşü vardı. O, öz qadınlığından necə istifadə edəcəyini bilirdi və buna görə də kişilərlə alçaq səslə danışırdı. Buna görə də onu eşitmək üçün əyilirdilər. Təbəssümündən ehtiyatla istifadə edir və gülümsədiyi an sanki kişilər onun işığına qərq oldular.
O, bir tanrı ilə evlənmək və tanrıça olmaq istəyirdi. Əslində daha çoxunu arzulayırdı. “Tanrılar məni onlara yetişdiyim üçün məni cəzalandıracaqmı?” deyəcək qədər çox şey. Eyni zamanda, ölümü gözə alacaq qədər də cəsarətliydi. Hiyləgərdi və idarəolunmaz gücə malik idi. Onun vəhşi özünəinamı vardı”.
Nefertitinin büstü
Nefertiti büstü bu gün ən çox kopyalanan Qədim Misir əsəridir. Büstü misirli heykəltəraş Tutmos hazırlayıb. Bu məşhur büst tamamilə unudulmasından və ya ölümündən 34 əsr sonra, dünyanın bu barədə heç bir təsəvvürü olmadığı bir vaxtda, 1912-ci il dekabrın 6-da Exnatonun saldığı yeni paytaxtın xarabalıqları arasında - Təl əl-Amarnada alman arxeoloqu Lüdviq Broçardt tərəfindən tapılıb. Arxeoloq Nefertiti büstünün gözəlliyinə o qədər heyran olur ki, onu “əhəmiyyətsiz əşya” kimi qeydiyyata alaraq, özü ilə Almaniyaya aparır. Amma onun haqda belə yazır: “Bunu yazmaqla izah etmək mümkün deyil, bunu görmək lazımdır”.
Nəhayət, qazıntılardan qaçaq yolla çıxarılan büst Berlindəki Dahlem Muzeyinə çatır. Büstü Berlinə gətirib şəxsi kolleksiyasına daxil edən arxeoloq bunu 1920-ci ildə Berlindəki Misir Muzeyinə hədiyyə edir. “Berlin muzeylərinin Mona Lizası” kimi böyük maraqla qarşılanan Nefertiti büstünə hətta Adolf Hitlerin də heyran olduğu məlumdur. İddiaya görə, Hitler Nefertitinin büstünü özü ilə müharibənin sonunda qaçıb gizləndiyi bunkerə aparmışdı, ölənə qədər onu yanından ayırmamışdı.
Nefertitinin mumiyası
Misirin ən məşhur kraliçası Nefertitinin məzarı illərdir tapmacaya çevrilib və bu barədə minlərlə əfsanə uydurulub. Bir əsr əvvəl Fironlar Vadisində tapılan adı açıqlanmayan üç məzardan birinin Nefertitiyə aid olduğu gündəmə gətirilsə də, yaxın vaxta qədər araşdırılmamışdı. Bir neçə il əvvəl ingilis misirşünas Yoan Fletçer bu iddianın arxasınca gedərək, sərdabəyə girməyi bacardı. Aparılan araşdırmada bir qolu kəsilmiş və ya sınmış mumiyanın sağ ikən bədəninin sağ tərəfindən kəsici alətlə aldığı yara nəticəsində öldüyü qənaətinə gəlinib. Otuz yaşlarında olan qadına məxsus mumiyanın sol qulağında qoşa sırğa dəliyi aşkar olunub. Qədim Misirində Nefertiti qulağı bu şəkildə deşilmiş yeganə qadın kimi tanınır.
Mumiya yenidən məzara qoyulduqdan az sonra oğruların hədəfinə çevrilir. Oğrular gözlənildiyi kimi məzar və mumiyadakı qiymətli daş-qaş və digər əşyaları götürürlər. Amma gözlənilən başqa bir qorxunc ehtimal da gerçəkləşir – oğrular mumiyanı məhv edirlər. Bu plan əvvəlcədən düşünülmüşdü, çünki oğrular mumiyanın üz, xüsusən də ağız nahiyəsini hədəfə almışdılar. Hətta başındakı parik də parça-parça edilmişdi. Ciddi bir nifrət duyulan mumiyadan “qisas” alınmışdı. Beləliklə mumiyanın kimliyi bu günədək sirr olaraq qalır./teleqraf.com
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 03-01-2022 11:10
Baxış sayı: 4548
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02