Reklam
Ağstafa Regional Mədəniyyət İdarəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib -ŞƏKİLLƏR
19-09-2020 09:30
Ağstafa Regional Mədəniyyət İdarəsi karantin qaydalarına riayət etməklə 18 sentyabr – Milli Musiqi gününə həsr olunmuş tədbir keçirib.
Dalidag.az -ın məlumatına görə, Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində baş tutan tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, uşaq musiqi məktəblərinin direktorları və pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən bir qrup müəllimlər iştirak ediblər.
Tədbir iştirakçılarını yeni başlayan tədris ili, həmçinin Milli Musiqi günü münasibətilə təbriklə sözə başlayan idarə rəisi Vüqar Qədirov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Xanım Mehriban Əliyevanın digər sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də diqqət və qayğısından söz açdı. Natiq çıxışında həmçinin, dövrün tələbinə müvafiq olaraq pandemiya müddətində geniş tərkibdə tədbirlərin keçirilməsinin məqsədəuyğun olmadığını bildirdi. Günün mahiyyəti barədə məlumat verən idarə rəisi qeyd etdi ki, bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri dahi bəstəkarın doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Tədbirdə həmçinin, Nazirliyin 2020-2021-ci tərdis ili üçün nəzərdə tutulmuş təlimatı geniş müzakirə olundu. Pandemiya səbəbilə 2020-ci ilin istər sosial, istər iqtisadi cəhətdən dünya ölkələri kimi bizim ölkəmiz üçün də gərgin bir il olduğunu qeyd edən Vüqar Qədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi karantin qaydalarına riayət etməyin vacibliyi məsələlərindən danışdı. Eyni zamanda, yeni tədris ilində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, infrastrukturun yaradılması, şəffaflığın təmin olunması, Mədəniyyət Nazirliyində kadr islahatları, gənc kadrların önə çəkilməsi, gəncləşdirmə siyasəti və s. məsələlər geniş müzakirə olundu, yeni yanaşmaların tətbiq olunmasının dövlətin diqqət və qayğısının təzahürü olduğu vurğulandı.
Tədbirdə həmçinin pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən müəllimlərə təşəkkür elan edildi, onların problem və təklifləri dinlənildi.
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 19-09-2020 09:30
Baxış sayı: 3617Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























