Reklam
Aktrisanın gizli foto və videosunu çəkdilər - Xəstəxanada
29-09-2019 00:30
Populyar rus aktrisası Anastasiya Zavorotnyukun yerləşdiyi özəl klinikanın işçilərindən biri onun gizli şəkildə foto və videosunu çəkib.
Dalidag.az xəbər verir ki, anonim müəllif əlində 15-25 sentyabr arasında çəkilən 3 video və 17 foto olduğunu söyləyib. Qadın qeyd edib ki, artıq klinikada işləmir və mükafat müqabilində bütün qeydləri anonim olaraq ötürməyə hazırdır.
Sentyabrın 23-də NTV telekanalında yayımlanan bir süjetdə Zavorotnyukla eyni klinikada müalicə alan bir qadın aktrisanın vəziyyəti barədə bunları demişdi:
“O, bir insan kimi ölür... Artıq ona dərman da verilmir. Ona süni nəfəs verilməsi sayəsində ürəyi işləyir. Buna görə ürək də imtina edəcək...”
Bundan əvvəl isə Zavorotnyukun ikinci dəfə əməliyyat keçirməsi və hələ də hər şeyin xoşbəxt sonluqla bitə biləcəyi barədə sevindirici məlumatlar var idi.
Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Konovalovun əvvəllər də qeyd etdiyi kimi, Zavorotnyuka qlioblastoma diaqnozu qoyulub – bu, ən təhlükəli və hətta müalicə olunmayan şişlərdən biridir.
Bir müddət əvvəl mediada yazılırdı ki, Anastasiya çoxsaylı orqan çatışmazlığı və sətəlcəmdən əziyyət çəkir, buna görə də intensiv terapiya kəsilib. Həkimlərin dediyinə görə, sətəlcəm fonunda xəstədə qan zəhərlənməsi başlaya bilər. Sepsis 48 yaşlı aktrisanın bir neçə orqanının sıradan çıxmasına səbəb olub.
Sentyabrın 15-də milyonların sevdiyi aktrisanın komada olduğu barədə məlumatlar ortaya çıxıb. Hazırda Anastasiyanın vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.teleqraf.com
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 29-09-2019 00:30
Baxış sayı: 3497Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























