Reklam
Bu gün onun doğum günüdür — Səhnəmizin “Kleopatra”sı Hökümə Qurbanova
11-06-2020 12:28
Bu gün SSRİ xalq artisti, aktrisa Hökümə Qurbanovanın doğum günüdür.
Dalidag.az xəbər verir ki, dövrünün ən nəhəng aktrisalarından biri olan Hökümə Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.
Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib .Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib.
Hökümə Qurbanova psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu.
Hökumə Qurbanova Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazları tamaşaçıların yaddaşına əbədi həkk olub.
Bundan başqa aktrisa realist faciə rollarınıda məharətlə ifa edirdi. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), Nataşa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazları buna misaldır.
Aktrisa daim teatr səhnəsində müxtəlif amplualarda öz sənətini nümayiş etdirirdi. Onun yaradıcılığında yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.
Aktrisa bədii filmlərində də müxtəlif rollar ifa edib. O, "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarını?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib.
Hökümə Qurbanova Süleyman Ələsgərovdan sonra teatr rəssamı Nüsrət Fəttulayevlə ailəli olub. Bu evlilikdən aktrisa Vəfa Fətullayeva doğulub. Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub. Onun bu evliliyi 25 il sürüb. Hökümədən ayrılan Nüsrət Fətullayev Ofeliya Abbaszadə ilə evlənir. Hökümə xanım da bu ərəfələrdə Ofeliyanın keçmiş əri, “Bir qalanın sirri”ndəki Elşən rolu ilə tanınan Gündüz Abbaszadə ilə eşq yaşayır.
Hökümə Qurbanova ömrü boyunca tək Ofeliya Abbaszadə ilə deyil, bir çox aktrisa ilə çəkişmə yaşayıb.
Hökümə Qurbanova böyük aktrisa olmaqla yanaşı, həm də şəxsi münasibətlərini işinə qatmayan, nəhəng ürəyə sahib bir insan idi. O, "Ögey ana" filmində Nəcibə Məlikova ilə küsülü olsa da onun oynadığı obrazı səsləndirməyə razı olub.
Hökümə xanım qızı Vəfa Vətullayevanın həyatına da təsir edərək onu sevgi yaşadığı Fuad Poladovla evlənməyə qoymur.
Qızı Vəfa Fətullayeva 42 yaşında xərçəng xəstəliyindən vəfat edir. O, qızından bir il sonra eyni xəstəlik səbəbilə 1988-ci il noyabr ayının 2-də vəfat edir. Fəxri xiyabanda dəfn olunub.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb./ölkə.az
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 11-06-2020 12:28
Baxış sayı: 4831
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02