Reklam
Ağstafa Regional Mədəniyyət İdarəsi növbəti onlayn müşavirə keçirib -ŞƏKİL
11-04-2020 17:04
Məlum olduğu kimi, aprelin 9-da Mədəniyyət naziri cənab Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Videoqəbulda nazirlik rəsmiləri və regional idarələrin rəisləri iştirak edib.Ağstafa Regional Mədəniyyət İdarəsi həmin videoqəbulun nəticələrinə və qarşıya qoyulan məsələlərin müzakirəsinə və həllinə həsr edilmiş növbəti onlayn müşavirə keçirib. Regional İdarənin rayonlar üzrə nümayəndələri və əhatə etdiyi müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə idarə rəisi Vüqar Qədirov qarşıya qoyulan məsələlərdən, Nazirliyin tələb və tapşırıqlarından danışaraq, sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılmasından, insanların asudə vaxtının səmərəli təşkil olunması baxımından virtual konsertlərin təşkil olunmasından danışıb. Müşavirədə həmçinin, məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən, günün tələbinə uyğun olaraq muzeylərə virtual ekskursiyaların təşkil edilməsi məsələlərindən və müəssisələrin dezinfeksiya olunmasından geniş bəhs edilib. İdarə rəisi eyni zamanda yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğının göstərilməsinin vacibliyini vurğulayaraq müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət
İdarəsinin Mətbuat Katibi
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 11-04-2020 17:04
Baxış sayı: 3833Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























