Reklam
TRT azərbaycanlı milyonçuya film həsr etdi
20-03-2020 21:06
TRT AVAZ kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.Dalidag.az xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin həyat yolundan bəhs olunur. Filmdə milyonçunun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə məlumat əksini tapıb.
Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.axar.az
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 20-03-2020 21:06
Baxış sayı: 3675Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























