Zar kəndində aparılan tikinti işlərinin gedişi yerində qiymətləndirilib -FOTOLAR
Kəlbəcər rayonunun Zar kəndində həyata keçirilən tikinti işlərinin gedişinə növbəti dəfə yerində baxış keçirilib.
Dalidag.az xəbər verir ki, baxışda Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı kənddə aparılan tikinti və abadlıq işlərinin mövcud vəziyyəti qiymətləndirilib, layihələrin icra vəziyyəti və qarşıdakı mərhələlər üzrə müzakirələr aparılıb.
Bildirilib ki, işlərin müəyyən olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə həyata keçirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə layihələrin vaxtında başa çatdırılması üçün əsas istiqamətlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Zar kəndində həyata keçirilən tikinti işləri Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin doğma yurdlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışının təmin olunmasına xidmət edir.
Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-06-2026 22:57
Baxış sayı: 365





























