Reklam
Həmyerlimiz məhkəmə sədri təyin edildi
07-05-2025 10:59
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib.
Dalidag.az bildirir ki, Namidar Misirzadə 1980- ci ildə anadan olub, əslən Kəlbəcərin Çovdar kəndindəndir.
Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq fakültəsi (bakalavriat) və Hüquq fakültəsində (magistratura) təhsil alıb.
2002 - 2007- ci illərdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin kuryeri, iclas katibi;
2007-ci ildə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin iclas katibi;
2007 - 2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin iclas katibi;
2008 - 2010-cu illərdə Bakı Apelyasiya Məhkəməsinin hakim köməkçisi;
2010 - 2013-cü illərdə "Bank VTB" ASC-nin hüquq idarəsinin aparıcı mütəxəssisi;
2013 - 2020-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib;
2020-2025 ci illər Şirvan Kommersiya Məhkəməsinin sədri işləyib.
Prezidentin 06 may 2025-ci il tarixli Sərəncamı ilə Namidar Misirzadə yenidən Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib.
Dalidag.az ailəsi olaraq dəyərli həmyerlimizi təbrik edir və işlərində uğurlar arzulayırıq.
Namidar Misirzadə
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 07-05-2025 10:59
Baxış sayı: 21 478Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























