Reklam

"Kəlbəcərlilərin tanınmasına töhfə vermək mənim işimin bir parçasıdır" - deputat
29-03-2025 12:29

"Kəlbəcərin ziyalıları, öz sahəsində uğur qazanan insanları haqqında paylaşım etməyə davam edəcəyəm. Çünki Kəlbəcərin sözünü demək, kəlbəcərlilərin tanınmasına töhfə vermək mənim işimin bir parçasıdır"
Dalidag.az xəbər verir ki, bu fikirləri VII çağırış Milli Məclisdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edən deputat Mircəlil Qasımlıöz sosial hesabında paylaşıb:"Əziz izləyicilər,
Tətil günlərindən faydalanaraq diş həkiminə getməyi qərara aldım. Həkimə çatmışdım ki, arxadan bir səs məni çağırdı. Tanımadığım bir şəxs yaxınlaşıb, “Siz Kəlbəcərin millət vəkilisiniz” deyə müraciət etdi. Qısa, səmimi söhbətimiz zamanı məlum oldu ki, o, həm də kəlbəcərli bir həkimdir. Daha sonra illər ərzində ərsəyə gətirdiyi klinikası ilə məni tanış etdi.
Pərviz həkimi sonradan daha yaxından araşdırdıqca, onun təkcə ölkəmizdə deyil, həm də xaricdə Azərbaycanı uğurla təmsil edən tanınmış bir cərrah olduğunu öyrəndim. Onun gördüyü işlərlə yaxından tanış olmaq mənim üçün böyük qürur hissi yaşatdı. Bu paylaşımım reklam məqsədi daşımır.
Pərviz Aslanov ölkəmizdə və xaricdə kifayət qədər tanınan bir cərrahdır. Paylaşmaqda məqsədim odur ki, o, Kəlbəcərlidir və bilirəm ki, bu günə qədər çox insanın sağlamlığına töhfə verib. Təsadüfi olsa da, bu görüş mənim üçün çox dəyərli idi. Bundan sonra da Kəlbəcərin ziyalıları, öz sahəsində uğur qazanan insanları haqqında paylaşım etməyə davam edəcəyəm. Çünki Kəlbəcərin sözünü demək, kəlbəcərlilərin tanınmasına töhfə vermək mənim işimin bir parçasıdır", deyə deputat vurğulayıb.
Dalidag.az




Yazı axını
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar