Reklam
Ülfət Kərimovun anası vəfat etdi - FOTO
19-02-2025 10:14

Şəhid kəşfiyyatçı Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.
Dalidag.az bildirir ki, Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
Şəhid kəşfiyyatçımızın qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
Qeyd edək ki, yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması mümkün olan nailiyyətləridir.
Xatırladaq ki, Ülfət Kərimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Haqqında yazılar yazılıb, sənədli film çəkilib. Təəssüf ki, milli qəhrəman adını xalq tərəfindən qazansa da, Ü. Kərimova Azərbaycanın "Milli Qəhrəman"ı adı verilməyib. Ülfət xalqın qəhrəmanıdır.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-02-2025 10:14
Baxış sayı: 3353Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























