Reklam
"Bizi bağışla, səni Kəlbəcərə, ruhun bağlı olan torpağa qovuşdura bilmədik…" - Famil Museyibov
28-01-2025 20:16
Famil Museyibov, Kamil MehdiyevHər bir yurddaşımıza, kəlbəcərlimizə, onu tanıyanlara əziz olan dəyərli dostumuzu, Birinci Qarabağ müharibəsində Kəlbəcər özünümüdafiə batalyonunu yaratmış və onun şanlı, əfsanəvi komandiri olmuş, ömrünün son günlərinədək Sumqayıt narkodispanserinin rəhbəri, misilsiz həkim- psixiatr… dostumuzu, əzizimizi itirdik…
Dünən gecə bu acı xəbəri alan kimi, dostumuz İlqar Quliyevə havalı, ümidsiz… bir ismarıc yollaya bildim: "İlqar, noolar, yaz ki, bu xəbər yalandır…”
İnanmağım gəlmirdi. Heç indi də inana bilmirəm…
Allah rəhmət eləsin, ölüm haqdı.
Amma o HAQSIZDI ki, Spartak KAMİL kimi vətənpərvər, Vətən, Yurd, Torpaq fədaisi, "torpağı işğalda olan əskərə Qəhrəman adı yaraşmaz" deyə, Milli Qəhrəman fəxri adından imtina edən… bir igidimizə öz yurdunda— KƏLBƏCƏRDƏ UYUMAQ ÜÇÜN öz nəşi boyda Torpaq qismət olmasın!…
Artıq 5 ildi azad Kəlbəcərdə, quruculuq-tikinti-abadlıq işləri gedən, yadların, Kəlbəcərə ögeylərin, gəlmələrin, haqqı çatmayanların “Araz” marketləri, İstiSu zavodları, digər biznes müəssisələri… qurulan azad Kəlbəcərdə mərhum əzizlərimizə, doğmalarımıza, o torpaq üçün 30 il həsrətdə dodaqları, ürəkləri parçalananlara,… qazi və döyüşçülərimizə… uyumaq üçün bir qarış torpaq məsləhət bilinməyə!!!
Budur haqsızlıq!
Budur acı!..
SPARTAK KAMİL kimi ilk növbədə haqqı çatanlar— VƏTƏN adamlar, KƏLBƏCƏR adamlar Yurd torpağına əli uzalı, ruhları ağrılı, gözləri həsrətli köçələr bu dünyadan və Bozdağın dibində, Sumqayıtın, İmişlinin … çöllərində qərib yatalar… Ağrımız, acımız, anlamadığımız— BU!!!
KAMİLİN RUHU RAHAT OLSUN!
Yeri behişt, məkanı cənnət olsun!
Ölkəmizin hər qarışı VƏTƏNDİR!
ƏLVİDA, KAMİL!
Bizi bağışla, səni Kəlbəcər torpağına, ruhun bağlı olan torpağa qovuşdura bilmədik…
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 28-01-2025 20:16
Baxış sayı: 3413Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























