Reklam
"Hayın bizə çatanacan sənə mələklər ağladı" - Namiq Dəlidağlı (şeir)
30-12-2024 15:23

HƏR ŞEY YAXŞI OLMADI
Hamı sakit oldu, kəmərləri bağladı, təlimata uyğun hərəkət elədi. Ancaq hər şey yaxşı olmadı.
Hökumə Əliyevanın ruhuna sayğıyla...
Qəzada həyatını itirən insanlara Tanrıdan rəhmət diləyirəm.
Göy üzündə titrək səsin,
neçə ürəyi dağladı.
Qəm çilənmiş harayından -
göy məhvərindən laxladı.
Ruhun göylərə çəkildi,
ahın buluda büküldü.
Gözlər gözünə dikildi -
hamı kəmərin bağladı.
Oralar Tanrı yanıdı,
canın hesabat anıdı,
səni kainat tanıdı,
göylər yadında saxladı.
Səndən xəbər tutanacan,
ananacan, atanacan,
hayın bizə çatanacan
sənə mələklər ağladı.
Namiq Dəlidağlı
26.12.2024
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 30-12-2024 15:23
Baxış sayı: 4633Yazı axını
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
Ən çox oxunanlar





























