Reklam
Namiq Dəlidağlı “Çingiz Aytmatov - qızıl qələm” medalına layiq görülüb
07-12-2024 15:29
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, juurnalist Namiq Dəlidağlı Qırğız Respublikası Elm-Təhsil, Peşə Akademiyası tərəfindən “Çingiz Aytmatov qızıl qələm” medalı ilə təltif edilib.Dalidag.az xəbər verir ki, Namiq Dəlidağlı türkdilli dövlətlər arasında ədəbi əlaqələrin genişləndirilməsi və media sahəsində əməkdaşlığın inkişafı və təbliğindəki fəaliyyətinə görə bu medala layiq görülüb. Onun ədəbi nümunələri və məqalələri mütəmadi olaraq qardaş ölkələrin mətbuatında dərc edilir.
Eyni zamanda N.Dəlidağlının qurucusu olduğu “Manevr.az” və “Dalidag.az” saytlarının səhifələrində türkdilli ölkələrin yaradıcı adamlarına geniş yer verilir.
N.Dəlidağlı Prezident təqaüdünə, "Qızıl qələm" və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına layiq görülüb.
N.Dəlidağlının indiyə kimi “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər” adlı şeirlər kitabı işıq üzü görüb. Dörd publisistik kitabın həmmüəllifidir.
Bir çox şeirləri Azərbaycanda və xaricdə nəşr olunan ədəbi toplularda çap edilib. Şeirlərinə mahnılar bəstələnib.
O, "Dəlidağ" Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, Türkiyədə fəaliyyət göstərən "Kapsamhaber" saytının köşə yazarıdır.
Nigar Nəriman

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 07-12-2024 15:29
Baxış sayı: 3418Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























