Reklam
Bəşir Hacıyev Kəlbəcərin zəngin turizm potensialı haqqında danışıb
30-10-2024 11:05
Kəlbəcərdə “İstisu” sanatoriyasının yenidən qurulması ilə bağlı işlər aparılır.Dalidag.az “Report”-a istinadən xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev Şuşada keçirilən “Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları” adlı tədbirdə bildirib.
Bundan başqa, o, deyib ki, şəhərdə 524 mənzildən ibarət binalar inşa olunur.
O, həmçinin Toğanalı-Kəlbəcər-İstisu yolunda da işlərin davam etdiyini bildirib: “Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür. Bundan əlavə, İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb”.
B.Hacıyev çıxışında Kəlbəcərin zəngin turizm potensialı haqqında məlumat verərək, Qarabağda beynəlxalq standartlara malik 3 hava limanının olmasının gələcəkdə Kəlbəcərə xarici turistlərin gəlməsinə şərait yaradacağını vurğulayıb.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 30-10-2024 11:05
Baxış sayı: 3352Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























