Kəlbəcərli şairi məclisdə zəhərlədilər - İDDİA

26-10-2024 19:21
 Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Məhəbbət Kəlbəcərli məclisdə tanıdığı şəxslər tərəfindən zəhərlənməsi ilə bağlı sosial şəbəkədə post paylaşıb.
Dalidag.az iddianın ciddi olduğunu nəzərə alıb sözügedən qeydləri təqdim edir:
"Salam, əziz oxucular, dəyərli dostlarlar, xahiş edirəm bu paylaşıram görə məni qınamayasınız.    
Biləsiniz ki, 30.09.2024-cü il tarixdə Musayev Fəxrəddin Saleh oğlunun başçılığı nəticəsində onun qardaşları - Kəlbəsər rayon Polis şöbəsinin sabiq rəis müavini Məmmədov Əlövsət Saleh oğlu və Kəlbəcər Rayon İdman idarəsinin rəisi Məmmədov Musa Saleh  oğlu, Kəlbəcərin sabiq Polis Şöbəsinin rəisi Elçin müəllimin anasının yas mərasimində çayçıların vasitəsiylə zərərli maddələr qatılmış çay mənə gətirildi. Təxminən 2-3 saat sonra mənim başımda dəhşətli ağrılar başlandı. Mən başa düşüb tez bir litir ayran içdim. Sabahısı gün mən həkimə gedəndə gözlərim işıqforun rəqəmlərini görmədi. Mədə-bağırsağımda ciddi pozuntu halları baş verdi, tək olan böyrəyimdə, qaraciyərimdə kəskin ağrılar başlandı. Mən göz həkiminə, mədə-bağırsaq, böyrək həkimlərinin bir müddət müalicələrini qəbul etməli oldum. Yuxusuzluq mənim əsəblərimə də təsir etdi.     Məlumunuz olsun ki, bu şəxslərin iştirakı ilə eynən bu hadisə 10.10.2011-ci ildə Şəmkir rayonunun "Qoşa çinar" şadlıq sarayında da baş vermişdir. Aramızda gedən münaqişələr hələ də davam etməkdə idi.    
Ölkəmizdə hüquq və mühafizə orqanlarının iflic vəziyyətinə düşdüyünə görə mən şikayət etmədim.    
Ancaq mən neçə dəfə Ağsaqqal göndərirəm ki, gəlin mənə müqəddəs Quran kitabımıza and için, 1-ci mən and içəcəyəm ki, o məclisdə o zərərli maddəni mən qəbul etmişəm. Onlar and içməkdən boyun qaçırırlar. Guya Əlövsət infarkt keçirilib, başları qarışıqdı. Belə bəhanələrlə vaxtı uzadırlar.     Sizi çox yormuram, əzizlərim, indi sözü sizə verirəm", şair vurğulayıb.


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 26-10-2024 19:21
Baxış sayı: 2192
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını