"Hidayət uca gəldi, uca getdi" - Famil Müseyibov yazır

09-09-2024 16:08


Özüm balaca adamam…Bu balaca içimdə böyük bir qəbirstanlıq var. 
Mənim üçün dünyanın ən əziz, ən uca, ən pak və ali ruh adamlarının, əqidə və məslək daşıyıcılarının, xüsusən də talant, Söz sahibi olan yurddaşlarımın, dostlarımın qəbirstanlığı!.. Kəlbəcərimin əzizləri, ucaları, unudulmazları, əbədiyyət yuxusunda uyumuşları… SÜCAƏT, BƏHMƏN, MƏMMƏD, VAQİF, və ömrümdə heç vaxt görmədiyim və həmişə ruhuma doğma olan, əziz olan ƏNVƏR… Ağrısı hələ də qaysaqlamamış ŞİRİNDİL (Alışanov, Laçın)
 İndi də bir dəyərli dostumuz, əzizimiz, ŞƏXSİYYƏTİMİZ, eloğlumuz, qələm və söz adamımız, nəğməkarımız, Kəlbəcər boyda Kəlbəcər olan Vətən adamımız…
H İ D A Y Ə T  ELVÜSAL bizi tərk etdi! Haqq dünyasına qovuşdu.
  Ürəyimin dost qəbiristanlığına—sevgili dostlarımın min-min əziz xatirəsİni müqəddəs tutduğum  və saxladığım MƏBƏDƏ köçdü.
   Mənim, elə Hidayətin özünün də , çox dəyərli MÜƏLLİMLƏRİMUZ olub— ƏLİ FƏHMİ, ABBAS ZAMANOV, BƏXTİYAR VAHABZADƏ, ŞAMİL QURBANOV, ABUZƏR İSMAYILOV, ŞİRMƏMMƏD HÜSEYNOV…
  Mənim həyat müəllimim isə HİDAYƏT ELVÜSAL olub.
  Mən 1975-də Bakı dövləti bitirib, Kəlbəcərdə "YENİLİK" qəzetinə gələndə mənim 21, Hidayətin isə 26 yaşı vardı…Yaşına uyğun olmayan zabitəsi, sambalı, xarizması, ağsaqqallığı, bilgisi, ədəb-ərkanı… var idi. Öz aramızda onu Çörçill adlandırırdım…
  …"ƏKİNÇİ"nin xışını qələmə çevirdi və o qələmə ömrü boyu sadiq qaldl! Qələm və Sözü uca tutdu! 
  Şəxsiyyəti qorumaq, ad saxlamaq, əqidə və amala sadiq qalmaq, kişi olmaq və kişi kimi ölməyi bacarmaq hər adamın bacarığı, hünəri deyil bu cəmiyyıtdə!
   Hidayət uca gəldi, uca getdi...
  Torpaqı yumşaq olsun!
Əbədiyyət yuxusu rahat, ruhu şad olsun!.. 
   Övladlarına, nəvələrinə təmiz adını, əqidəsini, kişiliyini, ucalığını … böyük bir miras qoyub getdi.
       Övladlarlna, əzizlərinə səbir diləyərək, dərin və səmimi hüznlə başsağlığı verirəm…













Famil Müseyibov


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 09-09-2024 16:08
Baxış sayı: 2150
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını