Reklam
Kəlbəcərdə ən müasir standartlara uyğun məktəb binası tikilir - ŞƏKİLLƏR
28-02-2024 11:01

Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Hazərda Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.
Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Məktəbin həyətində tikilən idman meydançası sağlam nəslin yetişməsi üçün vacib amillərdən biri olacaq.
Ata-baba yurdlarına geri dönən kəlbəcərli şagirdlər ən yeni tələblərə cavab verən, hər cür inventarla təchiz olunmuş təhsil ocağında bilik və bacarıqlara yiyələnəcəklər.
Təhsil ocağının yaradılması Kəlbəcərin yenidən qurulmasına, burada elmin inkişafına və təhsilin yenidən dirçəldilməsinə mühüm töhfə verəcək, həmçinin yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Dalidag.az






Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 28-02-2024 11:01
Baxış sayı: 2693Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























