Reklam
Kəlbəcərin qiymətli daşları buldozerlərə verilərək adi çınqıl daşları kimi yolların, meydançaların özülünə tökülməkdədi
22-01-2024 21:09
Əli Uluxanlı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tikinti şöbəsinə,
Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsinə.
Respublikamızda, respublikamızın qaçqın-köçkün rayonlarında, xüsusi ilə Kəlbəcər rayonunun ərazisində tikinti-abadlıq, yenidənqurma işlərinin ildırım surətli aparılmasına görə Heydər Əliyev məktəbini keçmiş ixtisasca inşaatçı mühəndis və zamanında kəlbəcər rayon rəhbərlərindən biri, Kəlbəcər həsrəti ilə günləri, saatları sayan yaşlı nəslin nümayəndəsi kimi, görülən işlərdə əməyi olan hər bir kəsə öz dərin minnətdarlığımı, hörmət-ehtiramımı bildirirəm.
Görülmüş işlərlə yanaşı yol verilmiş bir sıra diqqətsizliyə, israfçılığa diqqət yetirmək istəyirəm.
İlahinin fırçasından çıxmış Kəlbəcər təbiətinin gözəlliyini acımadan dağıdan və bu təbiətdə dünyaya göz açmış təbii insanların əqidəsini, paklığını, özlərinəməxsus minilliklərdən üzübəri gətirdikləri mədəniyyətlərini avropa dəyərləri ilə qoşalaşdıran "facebook" səhifəsində Rövşən Hüseynov adlı azərbaycanlımızın "İstisuda, Kəlbəcərdə fantastik tikinti işləri " haqqında ingilis dilindən tərcümə edilmiş yazısını oxuduqdan sonra fikirlərimi gecikmiş olan bu yazımı yazmaqla özümə vicdan borcu bilib səlahiyyətli Dövlət orqanları kimi Sizlərə ünvanlamağı vacib hesab etdim.
Ən əvvəl Kəlbəcərin əsrarəngiz təbiətini imkan dairəsində qorumaq vacibdən vacib idi. Amma qorunmadı. İs görənlər bu nizamı pozdular. Belə ki, mövcud qiymətli yerli materialların dəyəri qiymətləndirilmədiyindən Kəlbəcər evlərinin fasadını bəzəyən min bir əziyyətlə cilalanmış erməni vandallarının viranə qoyduqları evlərin mərmər qədər qiymətli daşları buldozerlərə verilərək adi çınqıl, but daşları kimi yolların, meydançaların özülünə töküldü və tökülməkdədi. Bu qiymətli materialın yerinə respublikanın uzaq regionlarından gətirilən məateriallar isə layihələrin qiymətinin artmasına, küllü miqdar valyuta sərfinə səbəb oldu və olmaqdadı.
İstisuda Sovetlər dönəmində olduğu kimi müalicə əhəmiyyətli sanatoriyaların tikilərək Həmkarlar Komitələri vasitəsi ilə xalqın istifadəsinə verilməsi ora üçün lahiyələşdirilmiş və tikilən 144 otaqlı barları, saunaları olan hotellərdən çox vacibdir. Xalqımız "Fransızlar kef edirlər"məfumundan uzaq sağlamlıqları qayğısına qalmaqla gələcəyin hərtərəfli inkişaf etmiş ruhu, əqidəsi gərəkli əsgərini, vətənsevər gəncliyini, müxtəlif ixtisaslı dünyəvi alimini, cəmiyyətə bəxş etməlidir.
İnşaat işlərinin görülməsi elmi əsaslarla icra olunmur. Elə bu səbəbdəndir ki, dövlət bu günədək İstisu Mineral su doldurma zavodunun, Şorbulaq civə zavodunun, "Milli Daş Karxanasının" "Ağyataq" mərmər, "Keçəldağ" perlit yataqlarının məhsullarının gətirəcəyi dəyərlərdən faydalana bilməmişdir.
Qələbəmizin ötən üç il ərzində Ekolagiya nazirliyi kəlbəcərin təbii ehtiyatlardan rayonda aparılan tikinti -quruculuq işlərində yetərincən bir iş görməmişdir.."Alagöllər" gölündə balıqçılığın inkişafı yada düşməmişdir. . .
Respublika Avtomobil Yolları Depaetamentinin gördüyü işlər sevindirici olsa da onlar da təbiətin gözəlliyini yerli-yersiz dağıtmaqdadırlar. Onların özbaşınalıqlarını isə dayandıran elə bir təşkilatsa hələlik görünmür.
Kəlbəcər rayon rəhbərliyinin sakitcə durub vəziyyəti sakitcə seyr etməsi isə dözülməzdir.
Bakı şəhəri, 22 yanvar 2024-cü il.
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-01-2024 21:09
Baxış sayı: 2591
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02