Reklam
Mirsəyyaf Zamanlı “Dərdin adamı”nı təqdim etdi -ŞƏKİLLƏR/VİDEO
31-10-2023 19:34
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şəhid atası, tanınmış şair, əməkdar müəllim, Mirsəyyaf Zamanlının “Dərdin adamı” adlı növbəti şeirlər kitabının təqdimatı - “imza” günü keçirilib. Dalidag.az xəbər verir ki, təqdimat mərasimində Kəlbəcər rayon İca Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukut duruşu ilə yad edildikdən sonra Kəlbəcər ədəbi mühitinin tədqiqatçısı, filologiya üzrə fəsləfə doktoru İlham Məmmədli şairin acılı-şirinli həyat yolundan, yaradıcılığından geniş bəhs edib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şairi yeni kitabının işıq üzü görməsi münasibətilə rayon ictimaiyyəti və öz adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Kitabın redaktoru Rübabə Sahib, Əməkdar jurnalist Əlövsət Ağalarov, yazıçı Seyran Səxavət, Həbib Misirov, şairlərdən Nəsib Nəbioğlu, Qəşəm Nəcəfzadə, Namiq Dəlidağlı, Rövşən Hüseynli, Qəzənfər Mənsimoğlu, İlham Qazaxlı, pedaqoq Həqiqət Şükürova, Novruz Nəbioğlu və başqaları Mirsəyyaf Zamanlıya ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıb, yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər. Çıxışçılar şairin yaradıcılığının bəzi məqamlarına toxunublar.
Bədii qiraətçilər şairin şeirlərindən nümunələr söyləyib. Aşıq Ədalət Dəlidağlının ifasında şairin şeirləri səsləndirilib.
Sonda M.Zamanlı yeni şeirlərini oxuyuyb, oxucular üçün yeni kitabını imzalayıb, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Nigar Nəriman
Dalidag.az


















Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 31-10-2023 19:34
Baxış sayı: 2782Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























