Reklam
"Kəlbəcərin faunası məhv edilir!" - Tanınmış vəkil imdad dilədi
11-08-2023 14:29

30 il həsrətində olduğumuz yurd yerlərimizə döndük. Bəzilərimiz cənnət timsallı doğma yerlərimizdə hər gülün-çiçəyin, arının-böcəyin nazını çəksək də, bəzilərimiz gözəlliklərə qənim kəsildik.Təbiətin fauna və florasını nadancasına məhv etməyə çalışdıq. Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbər Kəlbəcər rayon polis şöbəsinin rəisi cənab Haqverdi Əkbərova və Kəlbəcər rayon prokuroru cənab Vüqar Əhmədova ünvanladığı məktubda bu ağrılı məsələyə toxunub, cavabdeh şəxslərdən imdad diləyir.
Dalidag.az həmin məktubu təqdim edir:
"Hörmətli cənab Rəis, hörmətli cənab Prokuror!
Bildirirəm ki, son günlər sosial şəbəkələr vasitəsi ilə paylaşılan video və foto faktlardan görürük ki, Kəlbəcər təbiətinə qarşı olmazın vəhşilik edilməkdədir. Qırmızı kitaba düşən xallı qızıl balıq başda olmaqla Kəlbəcərin faunası məhv edilir. Xallı balığı qarmaqla tutmaqla nəslini kəsmək mümkün deyil. Ancaq ya çayın məcərasını dəyişib, ya dərmanla, ya da elektriklə balığın məhv edilməsi prosesi sürətlə davam edir.
Mən hər ikinzi şəxsən tanıdığım üçün bilirəm ki, Siz vicdanı və əxlaqı yerində olan məmurlarımızdansınız. Həmin məhvetmə prosesində Sizlərin həmin vəhşilərə hər hansı himayədarlıq etmənizə qətiyən inanmıram. Lakin həmin şəxslərin bugünədək cəzalanmaması əhalinin Siz hüquq mühafizə orqanının rəhbərindən haqlı olaraq inciməsinə gətirib çıxardır. Mən də bir kəlbəcərli olaraq Sizə müraciət edirəm ki, həmin şəxslərin ifşa olunub cəzalanması üçün tədbirlər görəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm".
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 11-08-2023 14:29
Baxış sayı: 3867Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























