Reklam
Millət vəkili Çovdar və Şahkərəm sakinləri ilə görüşüb
06-06-2023 20:47
Milli Məclisin deputatı Aqil Məmmədov Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon Çovdar və Şahkərəm kənd ağsaqqalları, ziyalılar və bir qrup sakinləri ilə görüşüb.Görüşdə Millət vəkili Aqil Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramında bəhs edib. Bildirib ki, hal - hazırda Qarabağda, o cümlədən Kəlbəcər rayonunda sürətli yenidənqurma, bərpa işləri həyata keçirilir. May ayının 27-də möhtərəm prezidentimizin Kəlbəcər rayonuna növbəti səfəri zamanı bir sıra obyektlərin açılışının etməsi, kəndlərin, infrastruktur layihələrinin təməlinin qoyulması biz kəlbəcərlilərin yaxın müddətdə öz doğma yurdumuza dönəcəyimizdən xəbər verir. Kənd sakinləri görüş çərçivəsində bəzi həlli vacib problemlərə, eyni zamanda Kəlbəcərə səfərlə bağlı məsələlərə toxunublar.
Görüş iştirakşıları qədim tarixə malik olan Çovdar və Şahkərəm kəndlərinin ərazisində yerləşən, işğal dövründə düşmən tərəfindən dağıdılan ziyarətgahların, tarixi-dini abidələrin, qədim-tarixi tikililərin bərpasının vacib olduğunu bildiriblər və millət vəkilindən onların bu istəyinin müvafiq qurumlara çatdırılmasını xahiş ediblər. Sakinlər kəndlərinin tikinti-quruculuq işlərində könüllü şəkildə iştirak etmək arzusunda olduqlarını da dilə gətriblər.
Deputat Aqil Məmmədov müraciətlərin həlli istiqamətində müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağını bildirilib.
Dalidag.az



























Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 06-06-2023 20:47
Baxış sayı: 2752Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















