Reklam
Yaddaşlarda səsi qaldı, könüllərdə yeri... - Kəlbəcərli xanəndə vəfat edib
26-05-2023 14:27
Əslən Kəlbəcərdən olan, sevilən xanəndə Şakir Albəndov vəfat edib.
Alın yazısı deyilən bir nəsnə var ki, bu gün də inanc və ya həqiqət olması mübahisə doğurur. Amma yaşanan zaman göstərir ki, bu nəsnə təkcə inanca bağlı deyil, mütləq bir elmi tərəfi var. Bir qüvvə tərəfindən idarə olunduğumuzu, yaşadıqlarımızın öncədən yazılmış olduğunu inkar etmək və ya bu xüsusda adekvat düşüncələrə tapınmaq heç də olacaqları dəyişmir. Adını nə qoyuruqsa qoyaq yaradılış əmrinin göylərdən gəldiyini və həyatımızın idarəçiliyinin öz əlimizdə olmadığını inkar etmək iqtidarında deyilik. Hər addımda o qüvvənin nəfəsini hiss ediriksə, mahiyyətə varmadan, seçimlər qarşısında doğrunu yalnışa qurban vermək istəkdən doğan bir nəticə deyil hər halda. Həyat olum və ölüm arasındakı məsafədi deyirlər. Kiminin yolu uzun, kiminin yolu isə əksinə, qısa, bəzən də çox qısa olar. Taleyin bizə nə sürprizlər hazırladığını bilmərik. Hansı dərdin qapımızı döyəcəyindən də xəbərsizik...
Elə Şakir də nəğmələri ilə könülləri oxşayanda "qara dərdin" ona qucaq açdığından xəbərsiz idi.
Şakir Məhəmməd oğlu Albəndov 1984-cü ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində dünyaya göz açmışdı.
Kəlbəcər bulaqlarının şaqraqlığını nəfəsinə hopduran Şakir elə bulaq kimi çağlayan səsiylə tanındı. Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Bərdədə məskunlaşan müğənninin səsinə bir az da Qarabağ nəfəsi çökmüşdü yəqin.
Televiziya kanallarında keçirilən yarışmalarda səsinin ecazına çəkdi dinləyənləri. Toy şənliklərində insanların ovqatlarına rəng qatdı. Müğənni kimi sevildi...
Bir gün dərd döydü qapısını. Əcəl də aşiq oldu Şakirin ruhu dilləndirən səsinə. Xərçəng donunda çökdü boğazına. Mübarizə apardı, susmadı, oxudu, könülləri oxşadı...
Amma zamanı dolunca gedirmiş insanlar.
Hərəmiz bir missiyayla gəlirik yer üzünə. Və bir gün bizdən xəbərsiz missiyamız tamamlanır. Hansısa şəkildə ölüm mələyi əlini uzadır bizə. İstəsək də, istəməsək də qeyri-ixtiyari tuturuq Tanrı "elçisi" nin əlindən.
Şakir də beləcə çəkildi göylərə...
Yaşadığı qısa ömründə ancaq yaxşı əməllər sahibi oldu. Təkcə səsiylə deyil, insanlığı, şəxsiyyəti ilə də sevildi Şakir. Yaddaşlarda səsi qaldı, könüllərdə yeri.
Bir də gözüyaşlı anası, ailəsi, uşaqları, bacı və qardaşları... Yoxluğu ağrıdanda qəfil gələn səsinə sevinərlər bundan sonra. Lent yazılarında əbədiləşən səsi sevənləri var olduqca yaşayacaq. Deməli, səsiylə bərabər özü də yaşayacaq.
Ruhu şad, məkanı cənnət olsun!
Sevinc QƏRİB
Dalidag.az
P.S "Dəlidağ.az" saytının əməkdaşları, "Çovdar və Şahkərəm" Cəmiyyətinin üzvləri Şakir Məhəmməd oğlunun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 26-05-2023 14:27
Baxış sayı: 21 315
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41