Reklam
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu - Kəlbəcərə dönürük...
25-11-2022 11:50
Bu gün əsrarəngiz təbiəti ilə gözoxşayan, Tanrının möcüzə əsəri Kəlbəcərin işğaldan azad olunmasının ikinci ildönümüdür. 28 ilə yaxın yağı əlində yağmalanan, torpağı nalə çəkən, dağları boynubükük qalan, sakinləri didərgin düşən Kəlbəcər artıq azaddır. İndi yurdumuzun yaralarını sarıyıb, sağaltmağa səfərbər olmuşuq. Quruculuq, abadlıq işləri aparılır azad torpağımızda. Şəhidlərimizin qanı axan o müqəddəs yerlər artıq çiçəklənir, hər qarışı nəfəs alır ulu yurdumuzun. Bir sözlə, böyük qayıdışın astanasındayıq...
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də lənətə gəlmiş, xain ermənilər tərəfindən işğal edilmişdi. Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı işğalda olan digər torpaqlarımız kimi Kəlbəcər də azadlığına qovuşdu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonunun ordumuza təhvil verilməsi qərarlaşdırılsa da hiyləgər erməni tulaları Rusiya vasitəsi ilə Azərbaycandan xahiş edərək, müddətin 10 gün uzadılmasına nail oldu. Relyefin mürəkkəb olmasını, ərazinin böyüklüyünü səbəb gətirən düşmən tərəfi növbəti dəfə Azərbaycanın humanistliyinə sığındı. Beləliklə, 25 noyabr 2022-ci il tarixdə seperatçılar Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Təəssüf ki, erməni tör-töküntüləri gördükləri humanistliyə qarşılıq olaraq, öz vəhşi xislətlərini, vandal hərəkətlərini nümayiş etdirməkdən çəkinmədilər. Gedərkən evləri, meşələri yandıraraq 28 ildə viran qoyduqları torpağa son zərbələrini də vurdular.
Dalidag.az 28 il yurd həsrəti ilə ruhu göynəyən şair Namiq Dəlidağlının Kəlbəcərlə bağlı və müharibə mövzusunda yazdığı bir neçə şeiri oxuculara təqdim edir:
DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR!
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...
Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
15.11.2020
ŞƏHİD SƏSİ
(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla ithaf edirəm...)
O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı
...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.
...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!
AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!
Mənim ağ yolum var,
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim.
İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...
Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.
...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!
12.01.2021
...EVİMDƏ YATA BİLMƏDİM!
Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...
İllərdi ki həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.
Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.
Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!
Avqust 2021
SÖZ VERİB GEDƏN OĞLAN
"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...
BAĞIŞLA NƏ GÜNAHIM VAR...
Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...
Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.
Bəy atamın, xan atamın,
yuvası viran atamın,
ruhu nigaran atamın
məzarından öpənəcən.
Min dərdim var, min ahım var,
güvəndiyim Allahım var-
bağışla, nə günahım var
əlim Ora yetənəcən.
13.12.2020

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 25-11-2022 11:50
Baxış sayı: 2386
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02