Reklam
Kəlbəcərdə yaralanan mülki şəxslərin son durumu açıqlandı
17-09-2022 10:59

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır.
Dalidag.az-ın xəbərinə görə, A.Musayevin müalicə aldığı xəstəxanadan report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir".
Kəlbəcərdə xəsarət alan digər şəxs A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucuvun səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub.
Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 17-09-2022 10:59
Baxış sayı: 3449Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15