Reklam
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022 10:00
Bu gün Azərbaycanın ikinci Prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.Dalidag.az-ın məlumatına görə, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.
Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 24-06-2022 10:00
Baxış sayı: 3259Yazı axını
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
21 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
19 / 10 / 2025
19 / 10 / 2025
Ən çox oxunanlar




























