Reklam
Ermənilər köməksiz insanları mağarada güllələdilər - Başlıbel soyqırımının şahidləri - VİDEO
18-04-2022 12:07

Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndində baş verib. İşğal zamanı kəndin bütün yol keçidləri və cığırlarının ermənilər tərəfindən bağlanması 62 nəfər sakinin dağlarda gizlənməyə məcbur edir.
Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. Onlar həmin günlər ərzində yalnız çay suları və təbii bitkilərlə qidalanmağa məcbur olurlar. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi mağaranı aşkarlayıb. Terror aktının növbəti hissəsini həyata keçirirlər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər dinc və silahsız sakin güllələnərək qətlə yetirilib.
Dalidag.az bildirir ki, trend-in Qarabağ bürosunun çəkiliş qrupu işğaldan azad edilmiş Kəlbəcər rayonunun Başlıbel kəndində olub, faciə baş verən əraziyə baş çəkib, soyqırımdan təsadüf nəticəsində sağ qalan şahidlərin dəhşətli xatirələrini lentə alıb.
Başlıbel soyqırımının şahidi Mahir Cəfərov Trend Tv-yə bildirib ki, ermənilər kəndi işğal edərkən kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıb, Qənaət Ağayevi isə işgəncə ilə qətlə yetirib. Ümumilikdə 19 nəfər kənd sakini Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər.
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 18-04-2022 12:07
Baxış sayı: 3255Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)




























