Reklam
Edar Həsənov: "Ömür vəfa etsə, gec-tez bəraətimi alacam..." - VİDEO
19-11-2021 21:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokurur, keçmiş səfir Eldar Həsənov çıxış edib.
Dalidag.az xəbər verir ki, gununsesi.info sabiq baş prokurorun çıxışının səsyazısını əldə edib.
"İlk gündən həkim nəzarətilə, ağır dozalı dərmanların, ağrıkəsicilərin qəbulu, gün ərzində bir neçə dəfə Təcili Tibbi Yardım həkiminin tibbi yardımı ilə keçirilən məhkəmə iclasları məni müşayiət edən DTX əməkdaşlarının, məhkəmədə iştirak edən hər kəsin gözü qarşısında baş verir.
Səhhətimdən danışmaq mənim üçün ağır məsələdir. Bu, acizlik, kimdənsə imdad diləmək deyil. Əsla yox. Mən öz konstitusion haqqımı tələb edirəm. Konstitusiya Komissiyasının üzvü, müstəqil Azərbaycanın Konstitusiyasının ilk müəlliflərindən biri kimi, konstitusion haqqımı – yaşamaq hüququmu, tibbi yardım almaq haqqımı tələb edirəm. Son üç gündə mənim sağ tərəfim 65-70 nisbətilə işləməyən vəziyyətə gəlib çıxıb. Məhkəməyə də bununla bağlı tibbi sənədlər təqdim olunur, surətləri məndə də var. Son iki ayda nəbzim heç vaxt olmadığı həddədir – 110-125 arasındadır. Bu yaşda, xroniki ürək xəstəliyi olan bir adam üçün bunun nə demək olduğunu özünüz də bilirsiniz. Ağır şəkər dərmanları qəbul edirəm. Şəkərimi indi ölçdülər, dərman qəbulundan sonra 7.5-10.5 arasındadır. Son iki ayın vəziyyətini deyirəm.
Mən 18 dərmanla DTX-nın istintaq təcridxanasına gəlmişəm, bu gün 31 dərman İçirəm. Səhhətimin olduqca ağırlaşmasına baxmayaraq, mənə ixtisaslaşmış tibbi yardım göstərilməsinə, müayinə olunmağıma, müalicə aparılmasına bir məmur tərəfindən qəti qadağa qoyulub. Bir dəfə demişəm, “yiyəsinə görə dəyməzlər” prinsipinə əsaslanıb, ad çəkmək istəmirəm.
XXI əsrin 21-ci ilində belə qeyri-humanist, qeyri-insani davranışın, mənəvi-psixoloji işgəncənin, mənə qarşı amansız, qəddar münasibətin nəyə hesablandığını izah etməyə ehtiyac qalmır. Haqq səsimi, sözümü, mənə qarşı ədalətsizlikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatdıran, məruzə edən yoxdur. Olsaydı, 27 il yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara, qanunsuzluqlara, mənəvi-psixoloji işgəncələrə, ayrı-seçkiliklərə imkan və icazə verməzdi.
Müstəqil Azərbaycan dövlətinin, Birinci Qarabağ Müharibəsinin, bugünkü hakimiyyətimizin ən ağır dönəmlərində canı-qanı hesabına, əməli fəaliyyətilə xidmət etmiş birinə qarşı belə davranışı nə bəndə, nə tarix, nə də Tanrı götürər.
Səhhətim nə qədər ağır olsa da, ədalətli qərar gözləmədiyim, müdafiə hüququmun davamlı pozulduğu məhkəmə iclaslarında iştirak etməkdə israrlıyam. Üç aya yaxın davam edən məhkəmədə mən təqsirsizliyimi faktlarla, sübutlarla ortaya qoydum. Əgər hakimlər, prokurorlar və vəkillərin iş qrafiki imkan verirsə, məhkəmə iclaslarını hər gün, yaxud heç olmasa, günaşırı keçirib, sifarişli cəza hökmünün elan olunmasını sizdən xahiş edirəm.
Əminliklə qarşınızda onu da bildirirəm ki, ömür vəfa etsə, gec-tez mən bəraətimi alacam".
Həmin çıxışı təqdim edirik:
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 19-11-2021 21:11
Baxış sayı: 41 171Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















