Reklam
Kəlbəcərin baş planı hazırlanır
03-11-2021 11:25
Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunub. Bundan əlavə Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərlərinin baş planlarının da hazırlanması prosesi başlanıb.
Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.
O qeyd edib ki, planlaşdırma sənədləri hər hansı bir təşkilatın və ya qurumun fəaliyyətindən ibarət olmur:
"Adətən bu sənəd bir çox dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş formada hazırlanır. Bu işdə də kifayət qədər uğurlu əlaqələndirmə yaranıb.
Bizim qarşımızda duran əsas vəzifə bərpa olunan, yenidən qurulan bütün şəhərlərdə, yaşayış məskənlərində yeni memarlıq simalarının yaradılmasıdır. Hər bir şəhər, yaşayış məskəni özünəməxsusluğu ilə digərindən fərqlənməli və təkrarsız olmalıdır. Bu zaman biz sözsüz ki, tarixi ənənələrə riayət edirik. Çünki bizim qədim memarlıq tariximiz var və bunun da əhəmiyyətli bir hissəsi Qarabağ ərazisində yerləşir. Həm Ağdam şəhərində, həm Şuşa şəhərində və həm də Qarabağdakı digər yaşayış məskənlərimizdə misilsiz memarlıq nümunələri var. Sözsüz ki, bütün bunlardan bəhrələnirik və eyni zamanda dünya təcrübəsini öyrənirik. Hal-hazırda müasir praktikada istifadə olunan memarlıq yanaşmalarını öyrənərək tətbiq etməyə çalışırıq. Əlavə olaraq qeyd edim ki, müxtəlif şəhərlərin planlaşdırılmasında, ayrı-ayrı binaların layihələndirilməsində də müxətlif müasir yanaşmalar: "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji əraziləri" var. Çalışırıq ki, layihələrimizdə bütün bunlar nəzərə alınsın. Biz nəinki bugünün, həm də gələcəyin yaşayış məskənlərini yarada bilək".

Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 03-11-2021 11:25
Baxış sayı: 21 152Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30

.jpg)