Reklam
Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur - VİDEO
21-09-2021 12:52

“Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
“Tunelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür. Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir.
Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub.
Murovdağ tunelinin və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan yol infrastrukturu layihələri barədə mütəmadi olaraq məlumatları agentliyimizin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz”, - o deyib.
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 21-09-2021 12:52
Baxış sayı: 2451Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























