Reklam
Nəsimi heykəl-installasiyasının açılışı oldu - Şəkil
29-09-2019 20:22
Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimi heykəl-installasiyasının açılışı olub.
Dalidag.az xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalılarının qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxıs edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installasiyanın Azərbaycanda dahi şair və mütəfəkkiri İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.Heykəl installasiyanın müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanın İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.
Açılış mərasimində Estoniyanın “Tallin oğlanları xorunun” çıxışı olub.kult.az
Dalidag.az
Kateqoriya: Manşet / Mədəniyyət
Tarix: 29-09-2019 20:22
Baxış sayı: 4938Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar






























