Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.
Dalidag.az xəbər verir ki, şəhid jurnalistlə vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilir.
Mərasimdən sonra onun cənazəsi Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
Reklam
Kəlbəcərdə şəhid olmuş jurnalistlə vida mərasimi başladı - ŞƏKİLLƏR
05-06-2021 10:21
.jpg)
Şəkil: Pərviz Həşimi





Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 05-06-2021 10:21
Baxış sayı: 2435Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























