Azər Qocayev: "Hər bir kəlbəcərlini öz əzizim kimi qəbul edirəm..." -MÜSAHİBƏ

13-05-2021 19:44
Bu gün Azər Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasından bir il ötür. Dalidag.az-ın əməkdaşı bu və digər suallarla Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edib.

Qısa təqdimat: Azər Bəhlul oğlu Qocayev 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirib. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb. 2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017-2018-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin, 2018-2019-cu illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
2019-2020-ci illər ərzində isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 
Ailəlidir. 2 övladı var.


- Azər müəllim, cənab Prezidentin sərəncamı ilə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı təyin olunmağınızdan bir il ötür. Zaman etibarı ilə bir il az müddəti əhatə etsə də, vəzifə sahibi olaraq  fəaliyyətinizlə bu müddəti mümkün qədər dolğunlaşdırmaq imkanınız olub yəqin ki. Ötən bir ili necə xarakterizə edərdiniz? 

-Bəli, bir il əvvəl, 13 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı təyin etdi və video qəbulda bir gənc icra başçısı kimi mənə öz dəyərli tapşırıqalarını verərək bildirdi ki, mən xalqımın içində olmalı, onları narahat edən məsələlərin həllinə çalışmalı və xalqımın xidmətçisi olmalıyam. Təbii ki, tapşırıqları, gələcək fəalliyyətimi müəyyən edəcək istiqamətləri cənab Prezidentin dilindən eşitmək, mənim üçün nə qədər şərəfli idisə bir o qədər də məsuliyyətli idi. Mən tutduğum vəzifənin məsuliyyətini və ciddiliyini dərk edərək Kəlbəcər eli kimi böyük bir elə, rayona rəhbər təyin edilməyim həm də mənim çiyinlərim üzrəinə ağır bir məsuliyyət qoyurdu. 
Cənab Prezidentin sərəncamı ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilməyimdən artıq bir il keçir. Çalışmışam ki, bu bir il ərzində fəaliyyətimlə Dövlətimizin başçısı cənab İlham Əliyevin etimadını və Kəlbəcər rayon əhalisinin ümidlərini doğruldam. Bunu nə qədər bacarmışam deyə bilmərəm, çünki buna dövlətimizin başçısı və Kəlbəcər camaatı qiymət verir. 

- Əhalinin həssas təbəqəsinə, məcburi köçkün həyatı yaşayan bir rayona rəhbərlik etmək ikiqat məsuliyyət tələb edir. Bir il ərzində kəlbəcərlilərə yaxın ola bilmisinizmi, ümumiyyətlə, rayon sakinləri ilə münasibətinizi necə qurmusunuz? 

- Doğru qeyd etdiniz, məcburi köçkün əhalisi ilə işləmək əlavə məsuliyyət tələb edir və çalışmalısan ki, bura gələn hər bir vətəndaşı qayğı ilə qəbul edib, qayğı ilə yola salasan. Kəlbəcər rayonunda bəlkə də elə bir ailə yoxdur ki, o ailədə müharibə vaxtı qazanılmış travma və ya psixoloji sarsıntı olmasın. Təsəvvür edin mart ayının axırları, aprel ayının əvvəlləri güllə yağışı ilə doğmalarını itirmək, qarlı-tarlı Murov aşrımını aşmaq min bir bəla ilə ölüm-dirim savaşı verərək gəlib məcburi köçkün həyatı yaşamaq nə deməkdir? Kəlbəcər rayonuna İcra Hakimiyyətinin başçısı təyin edildiyim gündən hal-hazıradək çalışmışam və çalışıramda ki, səlahiyyətlərimiz daxilində daima kəlbəcərlilərin qayğısına qalam, onları narahat edən məsələlərin həllinə birlikdə nail olaq. Onu da qeyd edim ki, mənim babam Bakı kişi kəlbəcərlidir, Dədə Şəmşirin qardaşı olan Bakı kişi erməni faşizminin qurbanı olmuşdur və ermənilər tərəfindən diri-diri yandırılmışdır. Kəlbəcər rayon əhalisinə qarşı mənim hər zaman xüsusi hörmətim və ehtiramım olub, rəhbərlik etdiyim müddətdə də çalışmışam ki, rayon sakinləri ilə qarşılıqlı sıx münasibətlər qurum. Çünki mən Kəlbəcər rayon əhalisinə xidmət etmək üçün təyin edilmişəm. Ona görədə hər bir kəlbəcərlini öz əzizim kimi qəbul edirəm. 
 
- Ölkə rəhbəri sizi qəbul edərkən vurğuladı ki, siz daim xalqın içində, vətəndaşlarla bir yerdə olmalı, onların problemlərini təhlil etməli, səlahiyyətiniz çərçivəsində həllinə çalışmalısız. Yəni sizin vəzifəniz xalqa xidmət etməkdir. Nə dərəcədə xidmət edə bilirsiniz vətəndaşlara, hansı problemlərin həllinə nail olmusunuz? 


- Bəli, cənab Prezident icra başçısı kimi mənim qarşımda ciddi vəzifələr qoymuşdur və bu vəzifələrin ən birincisi xalqımın xidmətçisi olmağım idi. Bildirmək istəyirəm ki, Kəlbəcər rayonunun əhalisi 56 şəhər və rayonun 1010-dan artıq yaşayış məntəqəsində pərakəndə şəkildə məskunlaşıblar. Mənim icra başçısı kimi təyinatım bütün dünyanı, o cümlədən də ölkəmizi bürüyən pandemiya dövrünə təsadüf etdiyindən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq vətəndaşlarla səyyari qəbullar keçirmək imkanımız olmadı, lakin Rayon İcra Hakimiyyətinə gələn vətəndaşlarımız pandemiya qaydalarına uyğun olaraq qəbul edildi, yerlərdə vətəndaşlarımızı narahat edən məsələlərə, həssaslıqla yanaşılaraq mənim şəxsən iştirakım ilə baxış keçirilimiş və imkanımız daxilində həllinə çalışmışıq. Bununla belə, bu gün də vətəndaşlarla video qəbular keçirilir. Xalqımız bu bəladan xilas olduqdan sonra isə bütün rayon sakinləri ilə yaşadıqları məntəqələrdə görüşlərimiz baş tutacaqdır. 
Bu gün hər bir kəlbəcərli məcburi köçkün ailəsi dövlətin xüsusi diqqət və qayğısını hiss edir və  onlara göstərilən bu isti münasibətə görə daima dövlətimizin başçıısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edirlər. İcra başçısı kimi çalışmışam ki, rəhbərlik etdiyim rayonda qarşıma qoyulan vəzifələri uğurla yerinə yetirim və rayon əhalisini narahat edən məsələlərin həllinə nail olum.  
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kimi ilk işim dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və  Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət etmək oldu. 
Daha sonra mənim iştirakım ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi  və nümayəndələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq qanvermə aksiyasında iştirak etmişdirlər.  
Pandemiyanın höküm sürdüyü bir vaxtda videokonfrans vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və  məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi məqsədi ilə mənim rəhbərliyim ilə rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirildi.  
Pandemiya ilə mübarizə çərçivəsində Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə, Göygöl rayon Murovdağ qəsəbəsində və Göygöl rayon 130 ailəlik yeni qəsəbədə Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə rayon əhalisi arasında  maarifləndirmə tədbirləri həyata keçirmək məqsədi ilə mobil qruplar yaradılmış və həmin qrup üzvləri tərəfindən mütamadi olaraq adı çəkilən ərazilərdə məskunlaşmış rayon əhalisi arasında maarifləndirici söhbətlər bu gündə aparılır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi dünyanın 130 dövləti tərəfindən dəstəklənmişdir. COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkə prezidenti cənab İlham Əliyevin proqram xarakterli  çıxışlarından irəli gələn vəzifə və öhdəlikləri qəbul etməklə yerlərdə icrasını təmin etmək məqsədi ilə tərəfimizdən rayonumuzun idarə və müəssisə rəhbərlərinin iştirakıyla video görüş keçirilmiş və COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində rayonumuzun görəcəyi işlər müzakirə olunmuşdur. 
Göygöl rayon Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Kəlbəcər Rayon İcra Hakmiyyətinə müraciət edərək, həmin ərazinin ətrafında  uzun müddət yığılıb qalaqlanmış məişət tullantılarının yaydığı iy-qoxudan, orada olan antisanitariyadan əziyyət çəkdiklərini bildirərək ərazinin tullantılardan təmizlənməsini xahiş etmişdilər. Vətəndaşların müraciətini, havaların isti keçməsini və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq Rayon İcra Hakimiyyətinin başçısı kimi dərhal məsələyə reaksiya verərək məişət tullantıları ilə örtülmüş əraziyə baxış keçirdim və orada Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar mövcud sosial izolyasiya qaydalarına əməl etməklə sakinlərlə görüşdüm və uzun müddət ərazidə  yığılıb qalmış tullantı qalıqlarının təmizlənərək yerindəcə problemin həllinə nail olduq. 
Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət  Aqrar Universitetinin 6 saylı yataqxanasının dam örtüyündən yağış suları məcburi köçkünlərin yaşadıqları  mənzillərə dolaraq acınacaqlı vəziyyət yaratmışdır. Eyni zamanda Gəncə-Göygöl suvarma kanalı sel suları nəticəsində nəzərdə tutulan su tutumundan artıq yükləndiyi üçün kanal dağılaraq "Atçılıq" adlanan yaşayış massivindən keçən hissəsində yaşayan 6 ailənin fərdi yaşayış mənzilinə dolaraq sakinlərə ciddi ziyan vurmuşdur. Dərhal aidiyyəti şəxslərin iştirakı ilə hadisə yerində olduq və yaranmış problemin aradan qaldırılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırdım və həllinə nail olduq. Belə ki, tərəfimizdən Gəncə-Göygöl suvarma kanalının bərpa edilməsi üçün əraziyə 2 ədəd texnika cəlb edilərək kanalın dağılmış hissələri lil qatlarından təmizlənmış və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün bərkitmə işləri aparılmışdır. 
ADAU-nun 6 saylı yataqxanasının dam örtüyünün təmir edilməsi üçün Kəlbəcər RİH tərəfindən Qaçqınların və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət edilmiş və müraciət əsasında Komitənin Qərb bölgəsi üzrə Təmir-Tikinti İdarəsinin əmakdaşları ilə birgə binaya baxış keçirilmişdir. Yataqxananın dam örütüyünün təmir edilməsi məqsədi ilə müəyyən inşaat materialları alınaraq su ötürücü boruların bir hissəsi dəyişdirilmiş və binanın dam örtüyünün 4000 kvadratmetr hissəsi hopturulmuş karton (tol) ilə yenidən örtülərək təmir edilmişdir. 
Möhtərəm Prezident cənab İlham Əliyevin 17 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son illər ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirmiş, xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirmişdir. Ölkəmizidə əldə olunan nailiyyətlərdə və qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının və Azərbaycan gəncliyinin özünəməxsus yeri var və dövlətimizin başçısı tərəfindən bütün sahələrdə gənclərə üstünlük verilir, onların gələcək inkişafı dövlət tərəfindən stimullaşdırılır və gənclərin dövlət idarəçiliyində irəli çəkilir. Bu məqsədlə YAP Kəlbəcər rayon təşkilatının Gənclər birliyinin fəalları ilə onlayn  görüş keçirilmiş və onların fəaliyyətini rayonumuzda stimullaşdırmaq məqsədi ilə tərəfimizdən ehtiyacları olan maddi-texniki baza ilə təmin edilmiş Gənclər birliyinə iş otağı verilmişdir.  
Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən Asfalt zavodun köhnə binasında müvəqqəti məskunlaşan 17 kəlbəcərli məcburi köçkün ailəsi, içməli su problem ilə əlaqədar rayon icra hakimiyyətinə müraciət etmişdir. Müraciət əsasında aidiyyəti şəxslərlə birlikdə dərhal mövcud problemin olduğu ünvanda olduq və vəziyyəti dəyərləndirərək problemin aradan qaldırılması üçün Kəlbəcər Rayon İcra Hakimiyyəti olaraq  aidiyyatı üzrə tapşırıq verdik. Həmin əraziyə 500 m məsafədən 32-lik boru vasitəsi ilə içməli su xəttinin çəkdirib məcburi  köçkünlərin istifadəsinə verilməsinə nail olduq. 
Ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisəsində tibbi-profilaktik, dezinfeksiya edici və digər qabaqlayıcı tədbirlərin mütamadi davam etdirilməsi, təhsil müəssisələrinə buraxılış rejimini sanitar-epdimoloji tədbirlər nəzərə alınmaqla təşkilini təmin edilməsi, ümumtəhsil məktəblərində təhsil alanların sıxlığının yüksək olduğu siniflərin qruplara və ya yarımqruplara bölünməsi, yaş qrupları üzrə  dərs və dərsdənkənar məşgələlərdə növbəlik rejimin tətbiqi, sinif otaqlarında sosial məsafənin gözlənilməsi və digər tələblərin yerinə yetirilməsi məqsədi ilə yeni tədris ilinin başlaması ilə əlaqədar Kəlbəcər rayonunun ümumtəhsil məktəb direktorları və uşaq baxçalarının müdirləri ilə video konfrans keçirilmiş, müvafiq tapşırıqlar verilmişdir. 
Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası hökm sürməsinə baxmayaraq, 2019/2020-ci tədris ilində  rayonumuzda uğurlu nəticələr əldə olmuşdur və  28 nəfər isə 600 baldan yuxarı  nəticə əldə etmişdir. Pandemiya dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüş keçirlimiş və onlara pul mükafatları verilmişdir. 
Cənab prezidentin müvafiq tapşırığına uyğun olaraq, Kəlbəcər rayonunda da, təhlülkəsizlik tədbirləri həyata keçirilir. Rayon sakinlərinin və eləcə də rayonumuza gələn digər şəxslərin təhlülkəsizliyini qorumaq bizim əsas vəzifələrimizdən biridir və bunun üçün də Rayon İcra Hakimiyyəti ilə ANAMA daha sıx şəkildə qarşılıqlı əməkdaşlıq edir, bu məqsədlə  ANAMA-nın  Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin müdiri Musa Calalov və baş mütəxəssis Vaqif Sadıqovla görüş keçirlimişdir. Görüşdə Kəlbəcər rayonunda təhlülkəsizlik tədbirlərinin həyata keçirilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir. 
Kəlbəcər şəhər sakini Kərimova Gülnarə Əli qızına məxsus, Gəncə şəhəri, Gülüstan qəsəbəsi  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  6  saylı yataqxanasının ətrafında yerləşən ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi qaz sızması nəticəsində içərisində olan ev əşyaları ilə birlikdə yanmışdır. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdır. Məlumat alan kimi Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olaraq dərhal  hadisə yerinə gələrək, yanğından zərər çəkmiş Gülnarə Kərimova ilə görüşdüm və G.Kərimovaya  mövcud problemlərinin həllində səlahiyyətlərim çərçivəsində yardım göstərəcəyimi  bildirdim. Ailənin vəziyyətini nəzərə alaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında Kəlbəcər rayon İcra Hakimiyyəti olaraq məsələ qadırdım və Kərimova Gülnarənin evinin Komitə tərəfindən təmir olunmasına nail ola bildik. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə”  22 yanvar 2021-ci il tarixli, 12 nömrəli  qərarına uyğun olaraq rayonun bütün məktəblərində tədrisin həyata keçirilməsini, mövcud qanunvericiliyin  icrasına ciddi nəzarət edilməsi məqsədi ilə rayonun bütün ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib və video konfransada  vurğulanıb ki,  korrupsiyaya qarşı ölkəmizdə aparılan  mübarizəyə hər bir vətəndaş dəstək verməli, rayonun bütün ümumtəhsil məktəblərində  şəffalıq təmin edilməli, neqativ hallara yol verilməməlidir. 
Mənim, rayon Prokurorluğunun və rayon ağsaqqallarının iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə mövcud təhlükələri nəzərə alıb minalardan, eləcə də digər partlayıcı vasitələrdən tam təmizlənənədək və gediş-gəlişə icazə verilənədək həmin bölgələrə səfər etməkdən çəkinmələri barədə rayon sakinləri arasında maarifləndirici söhbətlərin aparılması məqsədi ilə görüş keçirilmiş və ağsaqqalların köməyindən yararlanmağın vacibliyi vurğulanaraq onlardan xahiş edilmişdir ki, əhali arasında maarifləndirici söhbətlər aparsınlar. 
Bildirmək istəyirəm ki, koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 19 yanvar 2021-ci il tarixdən əhalinin vaksinləşmə prosesi həyata keçirilir və Kəlbəcər Rayon İcra Hakimiyyətinin ciddi nəzarəti altında Respublikamızın bütün bölgələrində olduğu kimi, Kəlbəcər  Rayon Mərkəzi Xəstəxanasında da, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi həyata keçirilməsi üçün bütün lazimi şərait yaradılmış, rayon əhalisinin vaksinasiyadan keçməsi üçün hər cür imkan yaradılmışdır. 
Şəxsən öz iştirakım ilə  rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə tanış olmuşam və rayon icra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşlarına məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin mövcud pandemiya şəraitinə uyğun olaraq həya keçirilməsinə ciddi nəzarət edilməsini tapşırmışam. 
Son zamanlar ölkəmizdə intihar hallarının artması, bu halların  yaranma səbəbləri və onların aradan qaldırılması yolları, eyni zamanda Kəlbəcər rayonunda bu kimi mənfi halların yaranmaması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədi ilə rayon ümumtəhsil məktəblərinin direktorların və psixoloqlarının iştirakı ilə videomüşavirə keçirilib və aidiyyəti şəxslərə əhali arasında xüsusəndə yeniyetmə və gənclər arasında maarifləndirici söhbətlərin aparılması istiqamətində müvafiq tapşırıqlar verilib. 
Bundan başqa, bayram günlərində rayon İcra Hakimiyyəti tərəfindən 200-dən çox aztəminatlı ailəyə maddi yardım, 50 nəfərdən çox ailəyə isə ərzaq yardımı edilmişdir. 
 
- Siz icra başçısı təyin olunduqdan bir qədər sonra, 28 ilə yaxın əsirlikdə qalan Kəlbəcər azadlığına qovuşdu. Hansı hisləri keçirdiniz? 

- Kəlbəcərlilər doğma yurda qayıtmaq ümidini heç vaxt itirməmiş və əminliklə həmin günün reallaşmasını gözləyirdilər. 27 sentyabrda başlayan Vətən müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti ilə tarixi zəfərlə başa çatdı. Cənab İlham Əliyevin “Dəmir Yumruğu” bütün məcburi köçkün həyatı yaşayan soydaşlarımızın olduğu kimi, kəlbəcərlilərin də həsrətinə son qoydu. Cənab prezident İlham Əliyevin siyasi və hərb meydanında qazandığı üstünlük, apardığı uğurlu siyasət nəticəsində Kəlbəcər bir güllə atılmadan təcavüzkarlardan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə 25 noyabr 2020-ci ildə xalqa müraciətindən sonra respublikamızın hər yerində yaşayan kəlbəcərli məcburi köçkünlər  Azərbaycan bayrağı, cənab Prezidentin və Ulu öndərin şəkili əllərində “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" kimi müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram etdilər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşadı. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kimi təbii ki, həmin gün sevincimizin həddi-hüdudu yox idi. Bayram əhval-ruhiyəsində idik. Mən fürsətdən istifadə edib bir daha kəlbəcərlilər adından bu sevinci bizlərə bəxş etdiyi üçün dövlətimizin başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm və biz kəlbəcərlilər də rayonumuzda aparılacaq yenidənqurma və bərpa işlərində müsəlləh əsgər kimi hər zaman dövlət başçımızın yanındayıq. 

- Ötən ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa etdi. “Dəmir Yumruq” sayəsində 30 ildir həsrətində olduğumuz Qarabağımız və digər torpaqlarımız işğaldan azad olundu, böyük Qələbəyə imza atdıq. Bu yolda qəhrəman oğullarımız canından keçdi, şəhid oldu, yaralandı. 44 günlük Vətən müharibəsində Kəlbəcər də az şəhid vermədi, onlarla yaralı olduğu və  bir əsgərin İtkin düşdüyü məlumdur. Prezidentin də qeyd etdiyi kimi, şəhid ailələri və qazilərimiz hər zaman qayğı ilə əhatə olunmalı, daim diqqətdə saxlanılmalıdır. Bu hər kəsin borcudu. Siz borcunuzdan necə çıxırsınız? 


- Mən ilk növbədə torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarına Uca Tanrıdan rəhmət və onların doğmalarına səbr diləyirəm. Qazilərimizə isə tezliklə şəfa tapmalarını, sağlamlıqlarına qovuşmalarını arzu edirəm. 
Sizin də qeyd etdiyiniz kimi, ötən ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa etdi. “Dəmir Yumruq” sayəsində 30 ildir həsrətində olduğumuz Qarabağımız və digər torpaqlarımız işğaldan azad olundu, böyük Qələbəyə imza atdıq. Bu tarixi bir qələbə idi. Dövlətimizin başçısı bu qələbə ilə həm xalqımızın arzusunu yerinə yetirdi, tarixi ədaləti bərpa etdi, eyni zamanda da Ulu Öndərimizin vəsiyyətini reallığa çevirdi. Müharibənin qələbə sevincinin olması ilə yanaşı, ağrı-acıları da var. Qələbənin əldə olunmasında rayonumuzun da payı az deyil. Belə ki, müharibədə yüzlərlə kəlbəcərli vətənoğlu döyüşmüş, Kəlbəcər rayonu bu muharibədə 32-si  hərbi, 2-si mülki olmaqla 34 şəhid vermişdir. Eyni zamanda, 100-dən çox qazimiz və 1 itkinimiz var. 
Şəhid ailələri, qazilərimiz dövlətimizin başçısı, möhtərəm  İlham Əliyev cənabları tərəfindən hər tərəfli əhatə olunublar, onların maddi-məişət şəraitinin yaxşılışdırılması istiqamətində dövlət səviyyəsində bütün lazimi işlər görülüb və bu gündə davam etdirlir. 
İcra başçısı kimi təyin olduğum ilk günlərdə şəhid ailələrini ziyarət etmişəm və bunu özümə təkcə bir vəzifə borcu deyil, həm də bir mənəvi borc bilmişəm. Çalışmışam ki, bu ənənəni davam etdirim və şəhid ailələri ilə görüşüm. 
Baxmayaraq ki,  bizim güclü ordumuz var, bütün müasir silah və avadanlıqlarla, ərzaq və geyimlə təmin edilib, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərb sahəsinə xüsusi diqqət yetirərək ordumuzu müasir ordular səviyyəsinə gətirib, biz də  Kəlbəcər Rayon İcra Hakmiyyəti olaraq 44 günlük vətən müharibəsində Silahlı Qüvvələrə Yardım fonduna 30 min manat ianə etmişik. Bununla belə dəfələrlə səngərdə döyüşən əsgərlərimiz üçün lazım olan isti geyim və digər ehtiyac duyulan ləvazimatları alaraq Murovdağı istiqamətində əsgərlərimizə şəxsən özümün iştirakı ilə çatdırılmasını təmin etmişik. Müharibə dövründə rayon icra hakimiyyətinin başçısı olaraq  24 saat fasiləsiz olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında olmuş, Vətən müharibəsində şəhid olan hər bir  hərbiçimizin yüksək hörmət və ehtiramla gətirilib ailəsinə təhvil verilməsində və şəhid adına uyğun olaraq dəfn olmasında kollektivimlə birlikdə iştirak edib, o ağrı-acını özümünkü kimi qəbul etmişəm. Panemiya və pərakəndəlik səbəbi ilə ziyarətinə gedə bilmədiyimiz qazilərlə şəxsən əlaqə saxlamışam və yaxın ətrafda olan qazilərlə görüşüb onları narahat edən məsələlərin həllinə nail olmağa çalışmışam. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər  Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və bu şöbənin əməkdaşları tərəfindən mütamadi olaraq şəhid ailələri və qazilərlə əlaqə saxlanılaraq mənə məlumat verilir. Rayon İcra Hakimiyyətinə gələn hər bir şəhid ailəsi və qazi yüksək hörmət və ehtiramla qəbul edilir. Vətən müharibəsində itkin düşmüş bir hərbiçimizin ailəsini şəxsən ziyarət edərək, mövzud vəziyyət barədə ailə üzvlərinə övladının tapılması istiqamətində aparılan işlər barədə məlumat vermişəm. 
Bütün şəhid ailələrinə və eləcədə qazilərimizə imkanım daxilində maddi yardım etmişəm. Kəlbəcər  Rayon İcra Hakimiyyəti tərəfindən bayramlarda və əlamətdar günlərdə şəhid ailələri və qazilər üçün nəzərdə tutulmuş  ərzaq bağlamalarını həmin şəxslərin ünvanına göndərilməsini təmin etmişik. Ziyarət etdiyimiz hər bir ünvanda  şəhid ailələrinə və qazilərimizə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 
Vətən müharibəsində iştirak edən  rayonun idarə və müəssisələrində çalışan şəxslərlə görüş keçirlib, İcra Hakimiyyəti tərəfindən təltif ediliblər. 
Kəlbəcər Rayon İcra Hakimiyyətində  mənim və Milli Məclisin deputatı Aqil Məmmədovun iştirakı ilə  şəhid ailələri, qazilər və veteranlarla görüş keçirilmiş və  narahat edən problemlərin həlli istiqamətində qanunamüvafiq qaydada addımlar atılmışdır. 
Vətən müharibəsində həlak olmuş Kəlbəcər rayonundan olan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına  Göygöl rayonu Murovdağ qəsəbində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olmuş və rayon sakinlərinin ziyarəti üçün hər cür şərait yaradılmışdır. Kompleksdə Dövlət bayrağı ucaldılıb, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub. II Vətən müharibəsidə canından keçmiş Kəlbəcər şəhidlərinin adları  abidə kompleksində əbədləşdirilib. Bununla yanaşı səkkiz yüz metr məsafədən  içməli su xətti çəkilib və abidənin daxilində ehsan bulağı inşa edilib. Kompleksdə məzarların ətrafında abadlıq işləri aparılıb, tullantı qabları qoyulub, ziyarətə gələn şəxslərin rahatçılığı üçün ən müasir oturacaqlar quraşdırılıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini ifadə ediblər. Şəhid ailələrinin və qazilərin ziyarət olunması Kəlbəcər Rayon İcra Hakimiyyətndə ənənə halını aldığı üçün bu ailələr mütamadi olaraq ziyarət olunacaqlar. 
Şəhid ailələrinə və qazilərə xidməti başda mən olmaqla Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi vəzifə borcu deyil, özümüzə mənəvi borc bilirik və bundan sonrada çalışacağıq ki, daima onların yanında olaq. Onların qanları hesabına alınan Kəlbəcər rayonunda şəhidlərimizin adlarını əbədiləşdirmək üçün addımlar atılacaqdır.  

-Məlumdur ki, indi qarşıda duran əsas məsəslə Kəlbəcərdə quruculuq işlərinin aparılmasıdır. Bu barədə dövlət başçısından hansısa tapşırıq almısınızmı?  
- Bildiyiniz kimi ermənilər işğal altında saxladğı ərazilərdə basdırılmış minaların xəritəsini bizə verməyib və bu səbəbdən də hal-hazırda işğaldan azad edilmiş ərazilərdə təhlülkəsizlik tədbirləri həyata keçirlir, eyni zamanda təmizlənmiş ərazilərdə Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrin icrasına başlanılıb. Yeni yollar çəkilir, hava limanları tikiləcək, ermənilər tərəfindən viran olmuş şəhər və kəndlərimizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının tətbiqinə başlanılacaqdır. Artıq bu istiqamətdə mühüm addımlar atılıb. 
Bilirsiniz, Kəlbəcərin əsas yolu keçmiş Ağdərə rayonu ərazisindən keçir və bu yol hal-hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır, digər yol isə Murov dağından keçir və bu yol mürəkkəb relyef qurluşu səbəbilə, eyni zamanda qarın və yağışın yağması ilə strateji baxımdan əlverşili olsada, gediş-gəliş baxımından əlverişsizdir. İnfrasturuktur layihələrinin həyata keçirilməsi məqsədi ilə daşınacaq yüklərin Murov aşırımından keçməsi çox çətindir. Bu məqsədlə Kəlbəcər rayonunda cənab prezidentin tapşırığına əsasən yol çəklişi başlamışdır və bu istiqamətdə işlər aparılır.Yəqin ki, bu prosesslər yekunlaşandan sonra mərhələli şəkildə digər məsələlərdə öz həllini tapacaqdır. 

- Rayonun bərpası, yenidən qurulması və əhalinin yerləşdirilməsi ilə bağlı hansısa konkret təklif və ya planlarınız varmı? 


- Bildiyiniz kimi, Kəlbcər rayonu həm ərazi baxımından, həm strateji baxımından, eyni zamanda təbii sərvətləri baxımından ölkəmizdə olduqca böyük əhəmiyyət kəsb edən rayonlardan biridir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa olunması dövlətimizin baçısının xüsusi diqqət mərkəzindədir və bir başa olaraq şəxsən nəzarət edir. Cənab prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı həmin şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı göstəriş verib və işğaldan azad edilmiş ərazilərdə şəhər və rayonların baş planlarının hazılanması ilə bağlı işlərə başlanılıb.Kəlbəcər rayonunda da “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası icra ediləcəkdir.Dövlətimiz tərəfindən rayonumuzda əhalinin rahat şəraitdə yaşaması üçün bütün lazimi şərait yaradılacaqdır. Bununla belə Kəlbəcər Rayon İcra 
Hakimiyyətindən hər hansısa bir təklif və rəy soruşularsa rayon sakinlərinin rahatlığı və rifahı nəzərə alınaraq müyyən addımlar atılacaqdır. 

-Hər kəsə bəlidir ki, Kəlbəcər saz-söz oylağıdır. Fərqli bir ədəbi mühitin formalaşdığı möcüzə yurd təbii sərvətləri, əsrarəngiz təbiəti, gözəllikləri ilə yanaşı, söz adamları, ziyalıları ilə də tanınır və seçilir.Rayon rəhbəri olaraq, Kəlbəcər ədəbi mühitinin nümayəndələri ilə ünsiyyətiniz hansı səviyyədədir? Ümumiyyətlə, qələm əhli üçün “əlçatansınızmı?” 


- Bəli, respublikamızda Kəlbəcər ədəbi mühitinin özünəməxsus yeri var. Belə ki, Ağdabanlı şair Qurbandan başlayan, Dədə Şəmşirlə davam edən Kəlbəcərin saz-söz sənəti bu gündə bu ədəbi mühitlə qidalanaraq özünəməsusluğunu qoruyub saxlaya bilmişdir. Kəlbəcərin təbiəti İlahinin bir möcüzəsidir. Hər qayası, hər daşı, hər bulağı bir seirdir. Ulu Öndərimizinin dediyi kimi, desək Kəlbəcərin insanları da sərvətdir. Çünki bu insanlar saza-sözə, şeirə vurğun, dostluqda mötəbər, etibarlı və sadiq olurlar. Kəlbəcər onlarla şair, el ustadı yetişdirib və bu gün də həmin şairlərin miras qoyduğu əsərlər sevilə-sevilə oxunur, mahnılar bəstələnir. Sənət adamları hər zaman xalqın milli mənəvi dəyərləri hesab edilib. Bu səbəbdən də bütün dövürlərdə onlara xüsusi ehtiram göstərilib. Kəlbəcər Rayon İcra Hakimiyyəti də mənim rəhbərliyim altında bu kateqoriyalı insanlara hər zaman diqqətlə yanaşmış və bu gündə bu yanaşma davam etməkdədir. Pandemiya səbəbi ilə kütləvi tədbirlərə icazə verilmir. Pandemiya bitəndən sonra Kəlbəcərin dəyərli qələm sahiblərinin, şairlərinin, incəsənət xadimlərinin yubiley gecələrinin və digər yaradıcılıq fəaliyyəti ilə olan tədbirlərin keçirilməsini qeyd etmək istəyirəm. Rayonumuzun kifayət qədər ölkəmizdə və ölkəmizdən kənarda tanınan ziyalıları var. Mən hər zaman qələm əhli üçün əlçatanam və vəzifəmin mənə verdiyi səlahiyyətlər çərçivəsində onların yanındayam. Sadəcə pandemiya səbəbi ilə müvəqqəti olaraq ziyalılarımızla, saz-söz adamları ilə görüşlər keçirə bilmirik. 

Müsahibəni hazırladı: Sevinc Qərib

Dalidag.az
 



Kateqoriya: Manşet / Kəlbəcər / Müsahibə
Tarix: 13-05-2021 19:44
Baxış sayı: 31 852
Tarix: 18 may 2021 21:48
Shexsen taniyiram. Chox merd ve sherefli bir ailenin ovladidir. Inaniram ki, tapshirilan her bir ishin ohdesinden layiqince gelecekdir. Ugurlar Azer beye!
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını