Reklam
Toğanadan Kəlbəcərə çəkilən “Polad yolu”- ŞƏKİL
09-05-2021 17:20
Toğanadan Kəlbəcərə çəkilən yolun görüntüləri yayılıb.Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan footlardan yolun olduqca möhtəşəm görüntüyə malik olduğu görünür. Yolu çəkən Türkiyə şirkəti onu Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə “Polad yolu” adandırıb.
Xatırladaq ki, Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə fevralayında başlanılıb.
Yolun 2-3 hərəkət zolaqlı olması nəzərdə tutulur. Enişli-yoxuşlu ərazilərdə 3, digər ərazilərdə isə 2 hərəkət zolaqlı olması planlaşdırılır. Bu ikinci texniki dərəcəli avtomobil yolu olacaq. 3500 metrlik hündürlükdə yerləşən Murovdağ silsiləsi çətin keçilən relyefə malik olduğuna görə, dağ silsiləsini tunellər vasitəsilə keçmək nəzərdə tutulur. Tunellərin uzunluğu 10-12 kilometr olacaq.
Ümumilikdə layihədə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun uzunluğu 190 kilometrdir. Bu, nəqliyyat vasitələrinin Qarabağa şimaldan daxil olmasını təmin edəcək bir layihə olacaq.
Kəlbəcərə həmçinin, cənub istiqamətindən də yolun çəkilməsi nəzərdə tutulub:
Ermənistan sərhədindən - Mincivan magistral yolundan Qubadlı-Laçın istiqamətində də yolun inşaası ikinci texniki dərəcəli olacaq. Bununla da həm şimaldan, həm də cənubdan Füzuli-Şuşa yolundan əlavə, Laçın istiqamətində hərəkət etmək mümkün olacaq. Bu isə gələcəkdə ümumilikdə regionun, turizmin, sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Çünki istər Gürcütsan, istərsə də İran, Türkiyə və Naxçıvan istiqamətindən gələn nəqliyyat vasitələri rahat şəkildə bu dəhlizdən istifadə edə biləcəklər./cebhe.info
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 09-05-2021 17:20
Baxış sayı: 4577Yazı axını
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30








.jpg)



















